Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bahar xanım Talıbova (17 mart 1927, Aşağı Aralıq, Naxçıvan MSSR – 20 iyul 2003, Aşağı Aralıq, Naxçıvan Muxtar Respublikası) — Sosialist Əməyi Qəhrəmanı, pambıqç

Bahar Talıbova

  • Ana Səhifə
  • Vikipediya
  • Bahar Talıbova

Bahar xanım Talıbova (17 mart 1927, Aşağı Aralıq, Naxçıvan MSSR – 20 iyul 2003, Aşağı Aralıq, Naxçıvan Muxtar Respublikası) — Sosialist Əməyi Qəhrəmanı, pambıqçı.

Bahar Talıbova
Doğum tarixi 17 mart 1927(1927-03-17)
Doğum yeri
  • Aşağı Aralıq, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 iyul 2003(2003-07-20) (76 yaşında)
Vəfat yeri
  • Aşağı Aralıq, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Uşağı
  • Vasif Talıbov
Fəaliyyəti siyasətçi, pambıqçı
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Mündəricat

Həyatı

Bahar Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra "Zəhmət" kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir.

Təltifləri

Böyük Vətən müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941–1945-ci illərdə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının "Pambıq ustası" fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, o, "Azərbaycan SSR-in qırx illiyi şərəfinə" yubiley medalı, "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi. Sonrakı dövrlərdə də onun əmək uğurları yeni təltiflərdə öz əksini tapmış, o, 1964-cü ildə Azərbaycan SSR-in "Əməkdar pambıqçısı" fəxri adı, 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni, 1971-ci ildə isə "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1982-ci il 19 avqust tarixlı qərarı ilə İttifaq əhəmiyyətli fərdi təqaüd verilmişdir.

Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

İctimai fəaliyyəti

Bahar Talıbova dörd çağırış – 16 il SSRİ Ali Sovetinin, 3 çağırış – 12 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

Bahar Talıbova uzun illər Şərur Rayon Qadınlar Şurasının sədri olmuş, dəfələrlə kolxozçuların ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Bahar xanım əldə etdiyi yüksək göstəricilərə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür.

İşlədiyi dövrdə ona verilən tapşırıqları ikiqat artıqlaması ilə yerinə yetirdiyindən dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş, sərginin gümüş medalına layiq görülmüşdür.

Xatirəsi

Bahar Talıbovanın qazandığı yüksək göstəricilər "Bizim qadınlar" və "Nəsillərə nümunə: qayğı dolu ömür yolu" sənədli filmlərində öz əksini tapmış, 2007-ci ildə ictimai xadimin 80 illik yubileyi münasibətilə tərtib edilmiş "Qayğı dolu ömür yolu" kitabı nəşr olunmuşdur. Şıxəli Qurbanov, Hüseyn İbrahimov, Elman Həbib, Asim Yadigar, Ələddin Eyvazov ona əsərlər həsr etmişlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bahar Talıbova haqqında məlumat. Bahar Talıbova nədir? Bahar Talıbova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmereti çarlığı

  • Fevral 27, 2026

    Plaqioklazlar (mineral)

  • Fevral 27, 2026

    Azərbaycan türkü

  • Fevral 27, 2026

    Mikale döyüşü

  • Fevral 27, 2026

    Biləyən

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst