Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürl

Bafomet (heykəl)

  • Ana Səhifə
  • Vikipediya
  • Bafomet (heykəl)

Bafomet (ing. Baphomet) – Şeytan məbədi tərəfindən 2015-ci ildə ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərində təqdim edilmiş, Bafometi təsvir edən 2.7 metr hündürlüyə malik tunc heykəl. Məbəd ardıcılları heykəlin Oklahomadakı On qüsurlu hərəkət monumenti yaxınlığında ucaldılmasını istəyirlər. Bir ton ağırlığa malik olan heykəldə insan bədəni, keçi başı və ayaqları, həmçinin qanadı olan Bafomet sağ tərəfində oğlan, sol tərəfində isə qız uşaqları ilə təsvir edilmişdir.

Bafomet
ing. Baphomet
Heykəlin ümumi görünüşü
Heykəlin ümumi görünüşü
Ölkə  ABŞ
Yerləşir Detroyt, Miçiqan
Sifarişçi Satana məbədi
Tikilib 2015
Hündürlüyü 2.7 m
Material tunc

Mündəricat

Tarixi

2014-cü ildə Satana məbədi Oklahoma Ştat Kapitolunda nümayiş etdirilməsi nəzərdə tutulan Bafomet və iki uşağı təsvir edəcək heykəlin hazırlanması üün “Indiegogo” saytında kraudsorsinq işinə başlamışdır. İyanə səhifəsinə bildirilirdi ki, heykəl Oklahoma təmsilçisi Mayki Ritzin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış On qüsurlu hərəkət monumentinə cavab olaraq, onun yaxınlığında ucaldılacaq. 25 iyul 2015-ci ildə heykəl Satana məbədi tərəfindən Detroytda təqdim edilmiş və şəhərdə dini təşkilatların etirazı ilə qarşılanmışdır. “Mərasimə mane olmaq istəyən etirazçıların qarşısının alınması üçün” mərasim zamanı 700 iştirakçı ruhunu Satanaya satmışdır.

“Time” jurnalının məlumatına görə, “qrup birbaşa Satanaya inamı təbliğ etmir. Onların məntiqinə görə Satana abstraksiyadır, ədəbi forma kimi qəbul edilən Satana rasionallıq, skeptisizm, böyük şəxsi itkilərlə başa gəlsə belə, hakimiyyətə qarşı həqiqətləri dilə gətirməyi tərənnüm edir.” Jurnalın məlumatında deyilir ki, “Bunu Libertarian qotikası və ya Ayn Randın azad seçimə qarşı səlib yürüşünün daha qaranlıq təqdimatı da adlandırmaq olar. Məbəd ardıcıllarından biri isə açıq şəkildə şəxsi azadlığa iddia edir. Bafomet heykəli Satana məbədinin qalmaqallı çağırış məşqidir.”

Arkanzas Ştat Kapitolu sərgisi

16 avqust 2018-ci ildə heykəl, bir neçə saat ərzində Arkanzas Ştat Kapitolu qarşısında saxlanmış axtomobilin üstündə nümayiş etdirilmişdir. Satana məbədi ardıcılları bu sərginin artıq çoxdan açılışı baş tutmuş On qüsurlu hərəkət moumentinə etiraz xarakteri daşıdığını bildirmişlər.

Populyar mədəniyyətdə

2018-ci ilin noyabrında heykəlin oxşarının, müəllif hüquqları nəzərə alınmadan “Sabrinanın ürək donduran macəraları” teleserialında istifadə edilməsinə görə Satana məbədi Netflixi məhkəməyə vermişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bafomet (heykəl) haqqında məlumat. Bafomet (heykəl) nədir? Bafomet (heykəl) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yusif peyğəmbər

  • Fevral 27, 2026

    E.ə. 242

  • Fevral 27, 2026

    Prunus cocomilia

  • Fevral 27, 2026

    Azərbaycan qadını

  • Fevral 27, 2026

    Türkiyə (qəzet)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst