Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Həsən Əhməd ibn Yəhya ibn Cabir ibn Davud əl-Bəlazuri (ərəb. البلاذري‎; təq. 820, Bağdad – 892, Bağdad) — IX əsr tarixçisi. Hicri ikinci əsrin coğrafiya və

Bəlazuri

  • Ana Səhifə
  • Vikipediya
  • Bəlazuri

Əbül-Həsən Əhməd ibn Yəhya ibn Cabir ibn Davud əl-Bəlazuri (ərəb. البلاذري‎; təq. 820, Bağdad – 892, Bağdad) — IX əsr tarixçisi. Hicri ikinci əsrin coğrafiya və tarixçilərindən biri. Yaqut əl-Həməvi ondan təriflə bəhs etmişdir.

Bəlazuri
ərəb. البلاذري‎
Doğum tarixi təq. 820(0820)
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 892(0892) (71–72 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti
Elm sahəsi tarix
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiyası

Onun Davuddan əvvəlki ulu babalarının adları naməlumdur. İbn ən-Nədimə görə ona Bəlazuri deyilməsinin səbəbi, yaddaşını gücləndirmək üçün bəlazur (Semecarpus anacardium) adlı meyvəni yeyib ağlını itirməsi və ölməsidir. Bəzi mənbələr görə isə bu hadisə onun deyil, babası Cabirin başına gəlmiş və ona babasına nisbətlə Bəlazuri deyilmişdir.

Bəlazuri, Bağdadda yaşamış, farsca kitabları ərəbcəyə tərcümə etmişdir. O, Əli ibn Məhəmməd əl-Mədaini, İbn Səd, Əli ibn Mədini, Əffan ibn Müslüm, Əbdüləla ibn Həmmad, Abdullah ibn Saleh əl-İcli və Musab əz-Zübeyri kimi alimlərdən bəhrələnmişdir. Bəlazuri 892-ci ilə Bağdadda vəfat etmişdir.

Əsərləri

Ənsabül-Əşrəf (İstanbul)

O, "Ənsabül-Əşrəf", "Fütuhul-Büldan", "Əhdi-Ərdəşir" və "Kitabül-Əxbər" adlı əsərlərin müəllifidir. Bunlardan yalnız "Fütuhul-Büldan" və "Ənsabül-Əşrəf" dövrümüzə qədər gəlib çatmışdır.

  • Fütuhul-Büldan. Əsər Məhəmməd peyğəmbərin dövründən hicri III əsrə qədər olan ilk fətihləri, bölgə və şəhərlərə görə nəql edir. Bu əsər müxtəlif dillərə tərcümə edilərək dəfələrlə nəşr edilmişdir. Bu əsrdə Azərbaycan haqqında da məlumatlar vardır.
  • Ənsabül-Əşrəf. Bu əsər Məhəmməd peyğəmbərin həyatı, Raşidun xəlifələri, Əməvilər və Abbasilərin ilk ilərindən bəhs edir. Əsər təbəqat, ənsab və əxbər üslublarının birləşdirilməsi ilə qələmə alınmışdır. Əsərin bəzi bölmələrini nəşr edilmişdir. Onlar bunlardır: Siyər (Qahirə 1959), Bəni Haşim-Əbu Talib oğulları (Beyrut 1974, 1977), Bəni Haşim-Abbas ibn Əbdülmüttalib oğulları (Beyrut 1978), Əbdüşəms (Bəni Ümeyyə) oğulları (Qüds 1938, Beyrut 1979, Qüds 1971), Osman-Abdullah ibn Zübeyr arası (Qüds 1936), Musab ibn Zübeyr-Əbdülmelik dövrü (Leipzig 1883). Əsərin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanasında saxlanılır. (Rəisül-küttab Mustafa Əfəndi, № 597–598).

Həmçinin bax

  • Vəqidi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəlazuri haqqında məlumat. Bəlazuri nədir? Bəlazuri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Padua Universiteti

  • Fevral 27, 2026

    Hüseyn Muxtarov

  • Fevral 27, 2026

    Göygöl

  • Fevral 27, 2026

    Kredit kartı

  • Fevral 27, 2026

    Wiktionary

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst