Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhruz Musa oğlu Abdullayev (17 dekabr 1935, Qazax) — Azərbaycan tarixçisi, əməkdar müəllim, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Univers

Bəhruz Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhruz Abdullayev

Bəhruz Musa oğlu Abdullayev (17 dekabr 1935, Qazax) — Azərbaycan tarixçisi, əməkdar müəllim, tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının üzvü. Tərəqqi medallı, "Qabaqcıl təhsil işçisi", "Azərbaycan əməkdar müəllimi" dövlət mükafatları almış, bir çox fəxri fərman və təşəkkürlərə layiq görülmüşdür.

Bəhruz Abdullayev
Bəhruz Musa oğlu Abdullayev
Doğum tarixi 17 dekabr 1935 (90 yaş)
Doğum yeri Qaymaqlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Tarix
Elmi dərəcələri Ali, Elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Şöhrət" ordeni "Tərəqqi" medalı — 20062006

Mündəricat

Həyatı

Bəhruz Abdullayev 17 dekabr 1935-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildə Universiteti bitirdikdən sonra Elmlər Akademiyasının Tarix institutunda elmi işçi vəzifəsində çalışmışdır.

Elmi və pedaqoji fəaliyyəti

Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır.

Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 1965-ci ildə tarix elmləri namizədi alımlik dərəcəsi almış və uzun müddət Azərbaycanın alı məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxumuşdur. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvüdür. 12 iyun 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülmüş, Tərəqqi medalı ilə təltif olunmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiridir.

100-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 5 elmi-kütləvi kitabın, çoxsaylı dərslik, dərs vəsaiti və metodik göstərişlərin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə Bəhruz Abdullayev "Şöhrət" ordeni ilə təltif edilmişdir..

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bəhruz abdullayev sözünün mənası, bəhruz abdullayev haqqında məlumat. bəhruz abdullayev nədir? bəhruz abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Qeşm adası

  • Fevral 27, 2026

    Liçi (məməli)

  • Mart 01, 2026

    Həvari Andrey

  • Mart 06, 2026

    Toni Morrison

  • Fevral 27, 2026

    Yəhərüstü

Trend Mahnılar
  • Mart 07, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 07, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 07, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 07, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst