Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyükağa Əliqulu oğlu Əzimov (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı) — kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (19

Böyükağa Əzimov

  • Ana Səhifə
  • Vikipediya
  • Böyükağa Əzimov

Böyükağa Əliqulu oğlu Əzimov (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı) — kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), AMEA-nın müxbir üzvü (1967).

Böyükağa Əzimov
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri
31 avqust 1963 – 20 oktyabr 1965
ƏvvəlkiTahirə Tahirova
Sonrakıkomitə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1924
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 31 avqust 1986 (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Əliqulu Əzimov
Uşağı

Arzu Əzimov (1960)

Araz Əzimov (1962)

Anar Əzimov (1969)

Mündəricat

Həyatı

Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. O, 1944-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, 1947-ci ildə isə Azər­bay­­can Qiyabi Pedaqoji İnstitutunu bitirmiş­dir.

Əmək fəaliyyəti

Böyükağa Əzimov 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur.

Elmi fəaliyyəti

Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika üzrə fəlsəfə doktoru (1950), texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. Alim 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarəetmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir.

Ailəsi

Kimya elmləri üzrə fəlsəfə doktoru, neft şirkətlərində rəhbər vəzifələrdə çalışmış Arzu Əzimovun, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimovun və fəlsəfə üzrə fəlsəfə doktoru, rejissor və ssenarist Anar Əzimovun atasıdır.

Əsərləri

  • Elektrik modellərində neft yataqlarının işlənməsi məsələlərinin həlli, Bakı, 1975
  • Вопросы нефтебурового электропривода, Баку, 1962
  • Применение математических методов в ЭЧВМ и решению некоторых задач разработки ефтегазових месторождений, Баку, 1969.

Ölümü

AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 31 avqust 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

"Şərəf nişanı" ordeni ilə təltif olunmuş, "SSRİ neftçıxarma sənayesi əlaçısı" adına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyükağa Əzimov haqqında məlumat. Böyükağa Əzimov nədir? Böyükağa Əzimov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Moris Jarr

  • Mart 01, 2026

    Andreas Vezali

  • Fevral 25, 2026

    Boyan mədəniyyəti

  • Fevral 27, 2026

    Çöl şpatları

  • Fevral 27, 2026

    Anqlosaksların memarlığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst