Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir

Böyük odaliska

  • Ana Səhifə
  • Vikipediya
  • Böyük odaliska

Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir cariyə təsvir edilmişdir.

Böyük odalıq
Rəssam Jan Ogüst Dominik Enqr
Tarixi 1814
Üslubu nü
Texnikası yağlı boya
Ölçüləri 91 ± 1 sm × 162 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Luvr muzeyi
İnventar nömrəsi RF 1158
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tədqiqatçılar bu əsəri rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Əsər ilk dəfə ictimayətə təbliğ edildiyi zaman böyük marağa səbəb olmuş, incə, uzun ətrafları və anatomik gerçəklikdən uzaqlığı diqqət çəkmişdir. Rəsm əsəri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir.

Mündəricat

Tarixçə

Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti

Əsər, Napoleon Bonapartın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən sifariş edilmiş və 1814 – cü ildə tamamlanmışdır. Enqr əsəri çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbinolu Venera" əsərlərindən ilham alsa da, əsasən 1809 – cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. Əsərdə bədən ölçüləri normal olmayan bir cariyə uzanmış və arxasını izləyiciyə çevirmiş şəkildə təsvir edilmişdir. Qadının kiçik bir başı, anormal ölçülü qol və ayaqları var. Enqr əsərdə Parmicanino və digər maniyeristlər kimi soyuq rəng tonlarından istifadə etmişdir. Parmicaninonun da Enqr kimi anotomik yalnışlıqları ilə məşhurlaşmış "Uzun boğazlı Madonna" adlı əsəri vardır.

Rəssamın fərqli stilləri bir araya gətirməsi, klassik şəkli romantik mövzuyla birləşdirməsinin nəticəsi idi ki, 1814 – cü ildə əsər ilk dəfə sərgiləndiyi zaman böyük diqqət cəlb etmişdi. Tədqiqatçılar rəssamı çağdaş üslublara qarşı çıxan bir üsyançı kimi dəyərləndirirlər. Əsər 1819 – cu ildə Paris Salonunda sərgiləndiyi zaman tədqiqatçılardan biri "nə sümüklər, nə əzələlər, nə qan, nə yaşam, nə qabartma...Əslində bu görüntünü təmin edən heç biri deyildi." demişdi. Rəssam anotomik gerçəkliyi diqqətə almamış, əvəzində hissləri və şəhvəti qabarıq göstərməyə çalışmışdır. Əsər 1820 – ci illərin ortalarına kimi tənqidçilər tərəfindən ciddi şəkildə müzakirə edilmişdir.

Anatomiya

Tablodakı çılpaq qadının normaldan iki və ya üç dəfə böyük onurğaya malik şəkildə təsvir edildiyi düşünülür. Dövrün tənqidçiləri bu uyğunsuzluğun rəssamın xətası olduğunu düşünürdülər. Lakin sonrakı dövrün tədqiqatları, rəssamın bilərəkdən onurğanı belə uzun şəkildə təsvir etdiyini ortaya çıxardı. Gerçək qadınlar üzərində aparılan ölçülmələr əsərdəki qadının əyri bir onurğa və çevirilmiş bir qasıqla təsvir edildiyini göstərdi. Eyni zamanda qadının sol əli sağ əlindən qısadır. Son tədqiqatlar nəticəsində qadının ətraflarının normaldan beş dəfə böyük olması sübut edilib.

Cariyələrin əsas vəzifəsi hökmdarların bədənsəl zövqünü təmin etmək olduğundan, rəssamın qadının aşağı ətraflarını böyük təsvir etməkdə əsas məqsədinin həmin bölgəyə diqqət çəkmək olduğu düşünülür. Başqa bir mövqeyə görə isə qadının baxışları ilə qasıq hissəsi arasındakı uzaqlıq onun duyğu və düşüncələrinin qarışıqlığı və dərinliyini də ifadə etmiş ola bilər.

Maraqlı faktlar

  • Əsərdə təsvir edilmiş cariyənin sifəti Enqrın başqa bir əsərində – "Rafael və Fornarina" əsərində istifadə olunmaqla məşhur rəssam Rafael Santinin sevgilisi olan Fornarinanın simasıdır.
  • Enqrın cariyəni təsvir etdiyi poza sonradan məşhur rəssam Amadeo Modilyaninin əsərlərindən birinin mövzusu olmuşdur. Enqrdan sonra Anri Matiss və Pikasso da odaliska mövzusuna müraciət etmişlər.
  • "La fornarina", Rafael, 1518-1520
    "La fornarina", Rafael, 1518-1520
  • "Rafael və Fornarina", Jan Enqr, 1813
    "Rafael və Fornarina", Jan Enqr, 1813
  • "Çılpaq uzanmış", Amadeo Modilyani, 1917
    "Çılpaq uzanmış", Amadeo Modilyani, 1917
  • "Boz odaliska", Jan Enqr, 1824-1834
    "Boz odaliska", Jan Enqr, 1824-1834

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyük odaliska haqqında məlumat. Böyük odaliska nədir? Böyük odaliska nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Andalusiya

  • Fevral 26, 2026

    Səftər Cəfərov

  • Fevral 27, 2026

    Zen-buddizm

  • Fevral 27, 2026

    Toxunulmaz ehtiyat

  • Fevral 27, 2026

    Ərzincan

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst