Aşantihene — Aşanti imperiyasının, Aşantiland mədəni bölgəsinin və aşantilərin mütləq monarxı. Aşanti xanədanları olan Abohyen və Beretuo sülalələrinə qədər gedib çıxır. Osey Tutu Opemsu (I Osey Kofi Tutu) 1701-ci ildə Aşanti imperiyasını qurmuş və Aşantihene tacını almışdır. Osey Tutu 1717-ci ildə döyüşdə ölənə qədər Aşanti taxtını saxlamış, Aşanti monarxiyasının tarixində altıncı kral olmuşdur.
Aşanti imperiyası 1902-ci ildə Britaniyanın protektoratına çevrilmiş və aşantihene institutu ləğv edilmişdir. 1926-cı ildə ingilislər 1896-cı ildə Seyşel adalarına sürgün edilmiş I Prempeyə sürgündən qayıtmağa icazə vermişdilər. Ona aşantihene yox, kumasehene titulunu almağa icazə verilmişdir. Bununla belə, 1935-ci ildə ingilislər Aşanti imperiyasının müstəqilliyini qismən dirçəltməyə cəhd göstərmiş və aşantihene titulu yenidən istifadə olunmağa başlamışdır.
Aşantihenenin iqamətgahı Kumasidə yerləşən Manhiya Sarayıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşantihene sözünün mənası, aşantihene haqqında məlumat. aşantihene nədir? aşantihene nə deməkdir?