Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir:

Ağıl Dəryası

  • Ana Səhifə
  • Vikipediya
  • Ağıl Dəryası

"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma

"Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir:

I Mövsüm 2009-2010

II Mövsüm 2010-2011

III Mövsüm 2011-2012

IV Mövsüm 2012-2013

V Mövsüm 2013-2014

VI Mövsüm 2014-2015

"Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur.

Mündəricat

Qaydalar

Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir.

Oyunun qaydaları

1-ci tur

İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.

2-ci tur

Bu turda aparıcı ayrılıqda hər bir iştirakçıya 60 saniyə ərzində açıq suallar ( variantsız ) oxuyur və iştirakçıdan bu suallara cavab vermək tələb olunur. Bu turda da suallar 1-ci turda qeyd olunan fənnlər üzrə verilir. Daha çox düzgün cavabı olan 3 iştirakçı 3-cü tura keçir. Hər hansı sualın cavabını iştirakçı bilməzsə " pas " deyərək digər suala keçə bilər. Bu turda da əgər 3-cü tura keçən iştirakçılar tam bəlli olmazsa, (2 və ya daha çox iştirakçı arasında xal bərabərliyi olarsa) test üsullu əlavə sual turu keçirilir. Suala düzgün cavab verən iştirakçı 3-cü tura keçir.

3-cü tur

Bu turda iştirakçılara 4 kateqoriya üzrə 3 sual verilir. Suallar, əsasən, dünyagörüşü

ilə bağlı olur, yəni konkret bir fənn üzrə verilmir. Hər kateqoriyada 1 sual müvafiq olaraq 1 iştirakçıya səslənir. Öz sualına düzgün cavab verən iştirakçı 2 xal qazanır, digər iştirakçının sualına düzgün cavab verən iştirakçı 3 xal qazanır. Hesabında xal olan iştirakçı digər iştirakçının sualına səhv cavab verərsə, həmin oyunçunun hesabından 1 xal silinir. Bu turda da iştirakçı bilmədiyi suala pas deyə bilər və bu halda heç bir xal çıxılmır. Bu turda xalı daha çox olan oyunun qalibi olur.
  • Qeyd: Adi oyunlarda və yarımfinal oyunlarında 3-cü tur nəticələrinə əvvəlki 2 turun nəticəsi təsir etmir. Lakin final oyununda hər üç turun nəticəsi və riyaziyyat imtahanının nəticəsi toplanılır və ümumi nəticə formalaşdırılır.

Verilişin

"Ağıl dəryası" verilişi ANS TV-nin rəsmi

"Ağıl dəryası" verilişinin arxiv videoları

"Ağıl dəryası" verilişinin layihə rəhbəri Elçin Bayramovun toyu da məhz adıçəkilən verilişlə bağlıdır. Bu da toy ilə bağlıçox maraqlı bir tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağıl dəryası sözünün mənası, ağıl dəryası haqqında məlumat. ağıl dəryası nədir? ağıl dəryası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hymenoptera

  • Mart 06, 2026

    İşxanik

  • Mart 01, 2026

    Desna çayı

  • Mart 06, 2026

    Hyundai Tucson

  • Mart 01, 2026

    İynəyarpaqlılar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst