Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjet

Geely

  • Ana Səhifə
  • Vikipediya
  • Geely

Geely və ya Zhejiang Geely Holding Group Co., Ltd ( ZGH ) ― Çin Transmilli şirkəti, avtomobil istehsalı üzrə ixtisaslaşıb. Mərkəzi Çin Xalq Respublikasının Çjetzsyan əyalətinin Hançjou şəhərində yerləşir. Şirkət özəl olaraq Çinli milyarder və biznes maqnatı Li Şufuya məxsusdur.

Geely
浙江吉利控股集团
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi məhdud məsuliyyətli cəmiyyət
Sənaye avtomobil sənayesi
Məhsulları avtomobil, mühərrik, Transmissiya
Təsis tarixi 6 noyabr 1986, 2003
Baş qərargahın yeri
  • Hançjou[d]
Struktur
İşçi sayı
  • 80.000 nəf. (2017)
Tərəfdaşlar Geely Auto[d], Lotus Cars, Smart, Volvo Cars[d]
Rəhbərlik
Təsisçi
  • Li Şufu[d]
geely.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkət1986-cı ildə qurulmuş və 1997-ci ildə Geely Auto markası ilə avtomobil sənayesinə daxil olmuşdur. Geely Auto, Lotus, Lynk & Co, Proton və Volvo markaları ilə sərnişin nəqliyyat vasitələrinin, həmçinin London EV Company və Yuan Cheng Auto (Farizon Auto) markalarına sahibdir. Qrup 2018-ci ildə 1,5 milyondan çox avtomobil satıb.

"Zhejiang Geely Holding Group" 2010-cu ildə "Ford"dan, İsveç minik avtomobili istehsalçısı "Volvo Cars"ı satın alır. 2013-cü ildə İngilis taksi istehsalçısı "London EV Company"ni və 2017-ci ildə isə İngilis idman avtomobil istehsalçısı "Lotus"un səhmlərinin böyük hissəsini satın alır.

Geely Automobile Holdings Ltd (吉利汽车; ) (Zhejiang Geely Holding Group-un törəmə şirkəti), Hong Kong Fond Birjasında qeydiyyata alınmışdır.

Adı

Geely sözu, Çinin yerli pinyin dilində "xeyirli" və ya "əlverişli" mənasını verən "Jili" (吉利) sözundəndir

Tarixi

Geely LC (Panda), trim səviyyə "Xaç"

1986-cı ildə ailəsindən borc aldığı pulla soyuducu istehsalçısı olaraq "Geely"ni quran Li Şufu, şirkətin ilk illərində Çinli istehlakçılara ucuz məhsul satan müvəffəqiyyətli iş adamına çevirilir.

1990-cı illərin ortalarında artıq işə yaramayan, dövlətə məxsus bir firmanı satın aldıqdan sonra, Geely motosiklet istehsalına başlayır.

1998-ci ildə şirkət mikroavtobuslar istehsalına başlayır və bir il sonra minik avtomobili istehsalı üçün dövlətdən lisenziya alır.

2002-ci ildə şirkət minik avtomobili istehsalına başlayır.

Qrupun törəmə şirkəti olan Geely Auto, 2004-cü ildə Hong Kong Fond Birjasında IPO edir.

Şirkət 2005-ci il Frankfurt avtosalonunda və 2006-cı ildə Detroit avtosalonunda iştirak etməyə başlayır.

Geely, 2008-ci ilin ortalarında "Volvo Cars"ın satın alınması barədə Forda müraciət edir. 28 Oktyabr 2009-cu il tarixində Amerika avtomobil istehsalçısı tərəfindən Volvonun üstünlük verilən alıcısı olaraq seçilir. 2009-cu ilin mart ayının sonunda şirkətlər arasında ilkin razılaşma əldə edilir və 2010-cu ilin avqust ayının əvvəlində satış əməliyyatı tam həyata keçir.

2010-cu ildə 415.000 ədədən çox ümumi satış şirkətə təxminən 2% bazar payı verir. Satışlar şirkətin bir illik 680.000 ədəd istehsal gücündən daha az olur.

2011-ci ilin dekabrında, "Geely"nin 2012-ci ilin sonunda İngiltərədə Çin dizaynlı və Çində istehsal olunmuş avtomobillərin satışına başlayacağı, satışa çıxarılan ilk modelin isə Emgrand EC7 olduğu açıqlanır. Şirkət həmçinin İtaliyadada satışa başlamaq niyyətində olduğunu da bildirir.

2017-ci ilin may ayında Geely, DRB-HICOM (Proton) şirkətindən "Lotos" avtomobillərini almaq planlarını təsdiqləyir. Əlavə olaraq Geely, sükanı sağda olan avtomobillərin bazarlarında gələcək ixracat artımını asanlaşdırmaq üçün. PROTON Holdingsdə 49.9 faizlik pay almaq niyyətini elan edir.

2017-ci ilin iyul ayında şirkət Amerikalı maşın istehsalçısı "Terrafugia"yı satın alır. 2017-ci ilin Noyabr ayında Geely, bütün müvafiq tənzimləyicilərdən təsdiq almaq da daxil olmaqla "Terrafugia" markasının alımının tamamlandığını elan edir.

2017-ci ilin dekabr ayında Geely, "Volvo Cars"ın keçmiş ana şirkəti olan, İsveç yük maşını və inşaat şirkəti "Volvo Group"a 3.25 milyard avro sərmayə qoyur. Müqavilə "Geely"ni bu şirkətdə 8,2 faiz paya sahib olmaqla hissə sayına görə ən böyük pay sahibi edir.

2018-ci ildə Geely, Mercedes-Benz və Smart markalarının sahibi Daimler AG-nin səhmlərinin 9.7 faizini satın alır.

2019-cu ilin sentyabr ayında Geely "Volocopter" şirkəti üçün 55 milyon dollarlıq yatırım edir.

Geely, 2020-ci ilin sentyabr ayında "Daimler AG"da daxil olmaqla, rəqib avtomobil istehsalçıları ilə elektrikli avtomobillər istehsalı üçün yeni yaratdığı bir avtomobil konstruktsiyasını lisenziyalaşdırmaq üçün danışıqlara başlayır. Yeni texnologiya fasiləsiz 700 km-ə qədər artan sürüş məsafəsi təklif edir və daha yüngül çəkiyə malikdir.

Geely, "Baidu" ilə birlikdə elektrikli bir vasitə ortaqlığı yaratmağa hazırlaşır. Baidu elektrikli avtomobilin proqramını, Geely isə avtomobilin özünü istehsal edəcək.

23 Mart 2021-ci ildə Geely, "Zeekr" markalı elektrikli avtomobillər markasını, Çinin bu avtomobillərə artan tələbatını təmin etmək üçün yaratdığını elan edir. İlk "Zeekr" modeli, "Geely"ə məxsus "Lynk & Co." şirkətinin 2020-ci ilin sentyabr ayında təqdim etdiyi "Zero Concept" avtomobilinə əsaslanacaq. "Geely"nin Zeekr modellərinin tədarükünü 2021-ci ilin üçüncü rübündə başlayacağı gözlənilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, geely sözünün mənası, geely haqqında məlumat. geely nədir? geely nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malta ordeni

  • Mart 01, 2026

    Albizia inundata

  • Fevral 27, 2026

    Xuanxe

  • Fevral 27, 2026

    Xitin

  • Mart 06, 2026

    Əl-Bidayə vən-Nihayə

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst