Ağçiçək (lat. Leucojum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinə aid bitki cinsi.
| Ağçiçək | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Amarilliskimilər Triba: Galantheae Cins: Ağçiçək | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Təbii yayılması
Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir. Soğanaqları 8-11 sm dərinlikdə əkirlər. Ağgül yarımkölgə sevən bitkidir. Bu bitkini üzvi maddələrlə zəngin rütubətli torpaqlarda əkmək lazımdır.
Sinonimləri
Heterotipik sinonimləri
- Erinosma Herb.
- Narcissoleucojum Ortega
- Nivaria Heist. ex Fabr.
- Polyanthemum Bubani
Növləri
- Yay ağçiçəyi (Leucojum aestivum L.)
- Yaz ağçiçəyi (Leucojum vernum L.)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağçiçək haqqında məlumat. Ağçiçək nədir? Ağçiçək nə deməkdir?
