Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid

Ağudi

  • Ana Səhifə
  • Vikipediya
  • Ağudi

Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur.

Ağdü
39°30′55″ şm. e. 46°04′51″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Region Sünik mərzi
Tarixi və coğrafiyası
Sahəsi
  • 19,44 km²
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 436 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Ağdü xəritədə
Ağdü
Ağdü
Ağdü xəritədə
Ağdü
Ağdü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türkdilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.

İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər, 1959-cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR tərəfindən kəndin azərbaycanlı əhalisi deportasiya olunaraq çıxarılmışdır. Hazırda kəndin əhalisi ermənilərdən ibarətdir.

Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Aqitu" olmuşdur.

Toponimikası

Ağdü Ermənistan ərazisində ən qədim türk mənşəli toponimlərdəndir. İlk dəfə er.əv. VIII əsrə aid Urartu mənbələrində Kiçik Qafqazda Akutaini adı çəkilir. Bu adın "ini" hissəsi Urartu dilində məkan bildirən şəkilçidir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsindəki Aqut-Kom (kənd və yayla adı), Kutais quberniyasının Zuqdidi qəzasındakı Axuti (kənd adı), Tiflis quberniyasının Borçalı qəzasındakı Akut-qaya (dağ adı), Naxçıvan qəzasındakı Aqut-İr (kənd adı), Azərbaycanda Quba qəzasındakı Oqudi (qışlaq adı) toponimləri ilə mənşəcə eyidir. Azərbaycanda Şəki rayonundakı Öhüd (XIX əsrə aid mənbələrdə Oxut şübhəsiz ki, Okut adının fonetik forması) kəndinin adı da bu sıraya aid edilə bilər.

Coğrafiyası və iqlimi

Dağlıq ərazidə yerləşən kənddir.

Əhalisi

1918-ci ildə 1330 nəfər əhalisi olmuşdur. Lakin kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır.

Tanınmış şəxsiyyətləri

  • Maqsud Nəcəfov (1948–2021) – riyaziyyat üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı (1998–2019), Heydər Əliyevin hüquqlarının müdafiə komitəsinin və Heydər Əliyevin "qızıl fondu" 91-lərin üzvü.
  • Əli Vəliyev (1901–1983) – nasir, AYB-nın üzvü (1937), Azərbaycanın xalq yazıçısı (1974), M. F. Axundov adına Dövlət mükafatı laureatı (1958).
  • Mürşüd Ənnağıyev – M. F. Nağıyev adına Kimya Problemləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru.
  • Əvəz Mahmud Lələdağ – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı, Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı, YAP idarə heyətinin üzvü (1993).
  • Razim Məmmədov – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018).
  • Tahir Quliyev ― Bakı şəhəri Nəsimi Rayonunun (1993–2006) və Xızı Rayonunun İcra Hakimiyyətinin başçısı (2006–2007), "Şöhrət" ordeni laureatı (2007).

Həmçinin bax

  • Ağadi mehrəli (Zəngəzur)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağudi haqqında məlumat. Ağudi nədir? Ağudi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    V Olaf

  • Fevral 27, 2026

    Mübahilə günü

  • Fevral 27, 2026

    Linkin Park

  • Fevral 27, 2026

    Bromeliaceae

  • Fevral 27, 2026

    Xunə şəhəri

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst