Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mürşüd Xanvəli oğlu Ənnağıyev - M.F. Nağıyev adına Kimya Problemləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru.

Mürşüd Ənnağıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Mürşüd Ənnağıyev

Mürşüd Xanvəli oğlu Ənnağıyev - M.F. Nağıyev adına Kimya Problemləri İnstitutunun şöbə müdiri, kimya elmləri doktoru.

Mürşüd Ənnağıyev
Mürşüd Xanvəli oğlu Ənnağıyev
Doğum tarixi 15 may 1934
Doğum yeri Ağudi, Zəngəzur mahalı, Qərbi Azərbaycan
Vəfat tarixi 12 dekabr 2010 (76 yaşında)
Elm sahəsi fiziki kimya
İş yeri M.F. Nağıyev adına kimya problemlər institutu
Alma-mater Azərbaycan Pedaqoji İnstitutu
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti

Həyatı

Mürşüd Xanvəli oğlu Ənnağıyev 15 may 1934-ci ildə Ermənistan SSR-in Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşdur.

1943-1953-cü illərdə Ağdü kənd orta məktəbində orta təhsil aldıqdan sonra, 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1959-cu ildə ADPU-nu bitirdikdən sonra, Azərbaycan Elmlər Akademiyası (EA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) işə qəbul olunmuş və orada kiçik elmi işçi vəzifəsində işləmişdir.

1964-cü ildə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına qəbul olmuş və oranı 1967-ci ildə bitirdikdən sonra "Alüminium-xrom-molibden oksid katalizatorlarının səthi qüvvələrinin spektrofotometrik üsulla tədqiqi" mövzusunda namizədlik, 1992-ci ildə isə "Təbii seolitlərin və onların modifikasiya olunmuş formalarının qurutma və karbohidrogenlərdən olefinlərin alınması proseslərində adsorbsiya və katalitik xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək "fiziki kimya" ixtisası üzrə kimya elmləri doktoru dərəcəsini almışdır.

Mürşüd Ənnağıyev 1967-78-ci illərdə Azərbaycan EA QÜFKİ-də kiçik və böyük elmi işçi vəzifələrində, 1978-85-ci illər "Adsorbsiya", 1985-ci ildən isə "Təbii ssolitlər" laboratoriyasının müdiridir. Onun əsas tədqiqat obyekti respublikamızda zəngin yataqları olan alümosilikatlardan adsorbent kimi istifadə edərək maye karbohidrogenləri, sənaye qazlarını qurutmaq və başqa qarışıqlardan təmizləməkdən ibarətdir. Həmin adsorbentlərin adsorbsiya və digər fiziki-kimyəvi xassələri tədqiq edilmişdir. Onun rəhbərliyi altında aqressiv qazları qurutmaq üçün sənaye miqyasında qurğu tikilmiş və sınaqdan keçirilərək istifadəyə verilmişdir.

Mürşüd Ənnağıyev effektiv adsorbentlərini təbii alyumasilikatların əsasında sanaye qazların və maye karbonhidrogenləri qarışıqdan təmizləmək üçün alınma üsulu kəşf edib. O, təbiəti idarəetmə qüvvə və aktiv və adsorbsiya sentrinin miqdarı sorbentlərin üzərində bəzi faktlatından asılı olaraq onları xalq təsərüfatında istifadə məqsədi ilə kəşf edib. Adsorbentlər təbii seolitlər əsasında sənaye qazların sənayədə qurutma prosesində istifadə olunur.

M.Ənnağıyevin apardığı elmi-tədqiqat işlərinin nəticələri 3 monoqrafiyada, 180 elmi əsərdə, o cümlədən 11 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır. O, 42-yə qədər məruzələrlə beynəlxalq konfrans və simpoziumlarda (Rusiya, Bolqarıstan, Almaniya) çıxış etmişdir.

12 dekabr 2010-cu ildə vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mürşüd Ənnağıyev haqqında məlumat. Mürşüd Ənnağıyev nədir? Mürşüd Ənnağıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    ABŞ dilləri

  • Fevral 27, 2026

    Oğuz şəhəri

  • Fevral 27, 2026

    Celastrales

  • Fevral 27, 2026

    İvan Pulyuy

  • Fevral 24, 2026

    Musa peyğəmbər

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst