Ağrı üsyanları (türk. Ağrı ayaklanmaları) — 1930-cu ildə Türkiyənin şərqində Ağrı vilayətində kürdlərin Türkiyə hökumətinə qarşı üsyanları. Üsyan zamanı partizan qüvvələrinin başçısı Cıbran qəbiləsindən Ehsan Nuri idi.
| Ağrı üsyanları | |
|---|---|
| |
| Yeri | |
| | |
Üsyanlar
1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur. 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir. 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15,000 kürdü öldürərək qətliam törətmişdir. Bu böhranı sona çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə almış və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start vermişdir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu həlak və ya həbs olunmuş, İhsan Nuri isə İrana qaçmışdır. Həbs olunanlar daha sonra Adanada edam edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağrı üsyanları sözünün mənası, ağrı üsyanları haqqında məlumat. ağrı üsyanları nədir? ağrı üsyanları nə deməkdir?
