Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kompüter texnologiyası və telekommunikasiyada onlayn bağlantının vəziyyətini, oflayn isə bağlantının kəsilmiş olduğunu göstərir. Müasir terminologiyada bu adətə

Onlayn

  • Ana Səhifə
  • Vikipediya
  • Onlayn

Kompüter texnologiyası və telekommunikasiyada onlayn bağlantının vəziyyətini, oflayn isə bağlantının kəsilmiş olduğunu göstərir. Müasir terminologiyada bu adətən internet bağlantısını nəzərdə tutur, lakin daha böyük sistemə qoşulmuş hər hansı avadanlıq və ya funksional bölməyə də aid edilə bilər. Onlayn olmaq avadanlıq və ya alt sistem qoşulmuşdur və ya istifadəyə hazırdır deməkdir.

"Onlayn" yerinə yetirilən fəaliyyətləri və internetdə mövcud olan məlumatları təsvir etmək üçün istifadə olunur, məsələn: "onlayn şəxsiyyət", "onlayn yırtıcı", "onlayn qumar", "onlayn oyun", "onlayn alış-veriş", "onlayn bankçılıq", və "onlayn öyrənmə". Oxşar məna "kiberfəza", "kibercinayət", "e-poçt", "e-ticarət" sözlərində olduğu kimi "kiber" və "e" prefiksləri ilə də verilir. Bunun əksinə olaraq, "oflayn" ya internetdən ayrılmış halda yerinə yetirilən fəaliyyətlərə, ya da internet fəaliyyəti alternativlərinə aid ola bilər. "Oflayn" termini bəzən "real həyatda" mənasını verən "IRL" abreviaturu ilə əvəz olunur.

Mündəricat

Tarixi

XIX əsrdə onlayn (on-line) termini həm dəmiryolu, həm də teleqraf sənayesində geniş istifadə olunurdu. Dəmiryolları üçün siqnal qutusu teleqraf xətti (kabel) vasitəsilə xəttin (yolun) aşağısına yolun vəziyyəti, yəni xəttdə qatarın olub-olmaması barədə mesajlar göndərirdi. Teleqraf xətti işçiləri cərəyanı göndərməyə "xətt üzrə birbaşa" və ya "xətt üzrə batareya" deyirdilər. Həmçinin elektrik mənbəyi və ya son nöqtə avadanlığından fərqli olaraq dövrə ilə bağlı problemə "xəttdə" deyirdilər.

Ən azı 1950-ci ildən bəri hesablamada on-line və off-line terminləri maşınların, o cümlədən kompüterlərin və periferik cihazların qoşulub-qoşulmamasını bildirmək üçün istifadə edilmişdir.

Həmçinin bax

  • Kompüter şəbəkəsi
  • Onlayn alqoritm
  • Onlayn redaktə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Onlayn haqqında məlumat. Onlayn nədir? Onlayn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vanadium

  • Fevral 27, 2026

    Kriminalistika

  • Fevral 23, 2026

    Börtə

  • Fevral 26, 2026

    Ermənistan SSR

  • Fevral 27, 2026

    Ustaclı eli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst