Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağrı vadisi — Şərqi Anadolu regionu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı

Ağrı vadisi

  • Ana Səhifə
  • Vikipediya
  • Ağrı vadisi

Ağrı vadisi — Şərqi Anadolu regionu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir.

Ağrı vadisi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 800–1000 m
Uzunluğu 90 km
Temperatur
 • Minimum −30,3 °C
 • Maksimum 43,7 °C
 • Yanvarda orta -6 °C
 • İyulda orta 26,5 °C
 • İllik yağıntı 200-300 mm
Coğrafiyası
Çaylar Metsamor, Abaransu, Zəngiçay
Yerləşməsi
40°02′24″ şm. e. 44°19′48″ ş. u.HGYO
Ölkələr
  •  Ermənistan
  •  Türkiyə
Ağrı vadisi xəritədə
Ağrı vadisi
Ağrı vadisi
Ağrı vadisi xəritədə
Ağrı vadisi
Ağrı vadisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Ağrı vadisi Ermənistanın ümumi ərazisinin 4% təşkil edir. Bununla belə Ermənistanın təsərrüfatı istehsalının 40% verir. Vadinin Ermənistan hissəsi əkinçiliyə cəlb edilmişdir. Vadi əsasən Araz və onun sol qolları (Metsamor, Abaransu, Zəngiçay və digər) ilə suvarılır. Bölgə üzüm, meyvə becərilməsi üçün əlverişlidir.

İqlim

Ağrı vadisinin iqlimi kontinental və yarımsəhradır (Keppen iqlim təsnifatına görə: BSk). Yayı isti və quraq keçir. Yayda yağıntılar nadirdir. Qışı soyuq, buludlu və küləksiz keçir. Qışda yağıntılar qar şəklində düşür. Yanvar ayının orta temperaturu −6 °C °, iyun ayının orta temperaturu isə 26,5 °C təşkil edir. Maksimum qeydə alınan temperatur 43,7 °C, minimum qeydə alınan temperatur −30,3 °C. İllik yağıntının miqdarı isə 200–300 mm arasında dəyişir. Bəzi ərazilər şoranlıqlar və bataqlıqlardan ibarətdir. Yabanı halda səhra və şoranlığa davamlı bitkilər bitir. Ağrı vadisi və Göyçə gölü ətrafı ərazilər Ermənistanın və Şərqi Anadolu regionunun ən günəşli ərazilərindəndir. Burada il ərzində günəşli saatların miqdarı 2700 saatdır. Seyrək meşə sahələrində isə günəşli saatların miqdarı 2000 saatdır. İyundan oktyabr aylarına qədər buludlu günlər ya olmur ya da az müşahidə edilir.

Tarixi

Bölgəyə aid ilk insan məskənləri daha çox neolit və ya erkən eneolit dövrlərinə aiddir.

  • Ağrı vadisi
    Ağrı vadisi
  • Ağrı vadisində duman
    Ağrı vadisində duman
  • Ağrı vadisi
    Ağrı vadisi
  • Ağrı vadisi
    Ağrı vadisi
  • Ağrı vadisi
    Ağrı vadisi
  • Soranlıq sahə
    Soranlıq sahə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağrı vadisi haqqında məlumat. Ağrı vadisi nədir? Ağrı vadisi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yevangeliya

  • Fevral 25, 2026

    İndoneziya dili

  • Fevral 25, 2026

    Ədəbiyyat qəzeti

  • Fevral 25, 2026

    Robert Huk

  • Fevral 26, 2026

    Dortmund

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst