Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid he

Ağgöz qaraördək

  • Ana Səhifə
  • Vikipediya
  • Ağgöz qaraördək

Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.

Ağgöz qaraördək
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Odontoanserae
Klad:
Anserimorphae
Dəstə:
Qazkimilər
Yarımdəstə:
Anseres
Fəsiləüstü:
Anatoidea
Fəsilə:
Ördəklər
Yarımfəsilə:
Əsl ördəklər
Triba:
Aythyini
Cins:
Qaraördək
Növ:
Ağgöz qaraördək
Beynəlxalq elmi adı
  • Aythya nyroca Gueldenst., 1770[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  175139
NCBI  197939
EOL  45511483
FW  

Mündəricat

Statusu

Nadirdir.

Kateqoriyası

(VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər.

Qısa təsviri

Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir. Dişisinin rəngi solğundur.

Yayılması

Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb . Azərbaycanda düzənlik rayonlarda yayılıb . Xəzərin sahil zolağında və daxili su hövzələrində (Kələdəhnə, Cil, Qarasu, Şilyan, Sor-Sor və s.) göllərin qurudulması nəticəsində yayıldığı sahələr xeyli azalıb.

Yaşayış yeri və həyat tərzi

Sahil və su bitkiləri ilə zəngin olan su hövzələrində məskunlaşır. Qamış cəngəlliyini xoşlayır . Qışda gündüzlər göllərin və körfəzlərin açıq akvatoriyalarında olur, axşam hava qaralandan səhər alaqaranlıq vaxta qədər isə dayaz subasar sahələrdə yemlənir . Azərbaycanda qışlayan, ötüb keçən və reproduktiv populyasiyaları olur. Nəsil verən populyasiyası dərin su və qamış cəngəlliyi olan körfəzlərə və göllərə çəkilir. May ayında suya yıxılmış quru qamış topası üzərində yuva tikir, onun içərisinə çoxlu lələk döşəyir, 7-8 yumurta verir, axırıncı yumurtadan sonra 25-27 gün kürt yatır. Cücələri hələ kontur lələkləri çıxmazdan əvvəl suda üzür, amma uça bilməsi iki aylıq olanda başlayır . Bitkiyeyən ördəkdir, ən çox qamış toxumunu xoşlayır .

Məhdudlaşdırıcı amillər

Uzun illər ov quşu kimi təqib edilməsi, nəsilvermə biotopunun deqradasiyası, düzənlik rayonlarda təbii göllərin çoxunun qurudulması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yuva sahələri təbii abidə statusu ilə qorunmalı, növün vəziyyəti əhaliyə izah olunmalı. Yenikənd su bazasına və Sarısu göllər sisteminə qoruq statusunun verilməsi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağgöz qaraördək sözünün mənası, ağgöz qaraördək haqqında məlumat. ağgöz qaraördək nədir? ağgöz qaraördək nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 22, 2026

    Danimarka kronu

  • Fevral 26, 2026

    Xankəndi talanları

  • Mart 06, 2026

    Samuel

  • Mart 06, 2026

    Tipulidae

  • Mart 01, 2026

    Ayaq göbələyi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst