Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağciyər venaları lat. venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranın

Ağciyər venaları

  • Ana Səhifə
  • Vikipediya
  • Ağciyər venaları

Ağciyər venaları lat. venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.

Ağciyər venaları
Alveolun qurluş vahidi: alveola, alveol kisəciyi, bronxiola, ağciyər arteriya və venası
Latınca Venae pulmonales
Qrey subyekt 165 642
Mənbəyi Ağciyərlər
Açılır Sol qulaqcığa
Arteriya Ağciyər arteriyası
Embrional Arterial kötük - lat. Truncus arteriosus
MeSH Pulmonary+Veins
  • bax
  • müzakirə
  • redaktə

Mündəricat

Sağ ağciyər venaları

Sağ ağciyər venaları sol tərəfdəkindən uzundurlar, ağciyər arteriyasının altı ilə və yuxarı boş venanın, sağ qulaqcığın və qalxan aortanın dalı ilə sağa doğru gedərək, ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılır.

Sol ağciyər venaları

Sol ağciyər venaları ağciyər qapısından çıxaraq enən aortanın qabağı ilə sağa doğru gedirlər və ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılırlar. Ağciyər qapılarından çıxdıqdan sonra lat. vv. pulmonales bronx venalarının lat. vv. broncheales (vv. broncheales anteriores - BNA) bir qismini qəbul edirlər.

Tipləri

  • Sağ yuxarı — lat. superior dextra
  • Sağ aşağı — lat. inferior dextra
  • Sol yuxarı — lat. superior sinistra
  • Sol aşağı — lat. inferior sinistra

Təsvirlər

  • Bronxiolanın qurluşu
    Bronxiolanın qurluşu
  • Alveolanın qurluşu
    Alveolanın qurluşu
  • Kiçik qan dövranı
    Kiçik qan dövranı

Həmçinin bax

  • Yuxarı boş vena
  • Aşağı boş vena
  • Göbək venası
  • Qapı venası
  • Ümumi qalça venası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağciyər venaları haqqında məlumat. Ağciyər venaları nədir? Ağciyər venaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    ISSN

  • Fevral 27, 2026

    Dassault Rafale

  • Fevral 27, 2026

    Mobil şəbəkə

  • Fevral 27, 2026

    Maralöküz

  • Fevral 27, 2026

    Pyetro Badalyo

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst