Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağasəlim İbrahim oğlu Atakişiyev (1903, Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (

Ağasəlim Atakişiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ağasəlim Atakişiyev

Ağasəlim İbrahim oğlu Atakişiyev (1903, Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953).

Ağasəlim Atakişiyev
Azərbaycan SSR daxili i̇şlər naziri
27 may 1950 – 26 mart 1953
ƏvvəlkiMir Teymur Yaqubov
SonrakıStepan Yemelyanov
Azərbaycan SSR dövlət təhlükəsizliyi nazirinin müavini
1946 – 1950
NazirStepan Yemelyanov
Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarının birinci müavini
may 1943 – iyun 1944
KomissarStepan Yemelyanov
Şəxsi məlumatlar
Doğum tarixi 1903(1903)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1970(1970) (66–67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Birləşmiş Dövlət Siyasi İdarəsi, NKVD, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi[d]
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
  • general-mayor (1945)

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni "Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
"Qırmızı əmək bayrağı" ordeni (Azərbaycan SSR)

Həyatı

Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyası — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev 1931-ci ildə Ümumittifaq Kommunist (b) partiyasına daxil olmuşdur.

A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR daxili işlər xalq komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində işlər görmüşdür.

1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR dövlət təhlükəsizliyi xalq komissarının birinci müavini olmuşdur. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir. Konsul adı altinda SSRİ NKVD İrandakı rezidenti olmuşdur. Burada o Cənubi Azərbaycan məsələsi ilə məşğul olmuşdur. 1946-1950-ci illərdə Azərbaycan SSR dövlət təhlükəsizlik nazirinin müavini, 27 may 1950 — 26 mart 1953-cü illərdə Azərbaycan SSR daxili işlər naziri olmuşdur. Azərbaycan K(b)P Mərkəzi Komitəsi bürosunun üzvi seçilmişdir. Azərbaycan K(b)P MK Bürosunun üzvü, SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilmişdir. Sosialist dövləti qarşısında xidmətlərinə görə A. Atakişiyev Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif etmişdir. 1954-cu il mayında tutduğu vəzifədən azad ədilmiş, həmin ilin iyununda diskreditasiya faktlarına görə DİN sistemindən xaric edilmişdir. 1955-ci ilin noyabrında həbs edilmiş, 1956-cı il mayında "Bağırov işinə" görə gedən prosesdə SSRİ Ali məhkəməsinin Hərbi kollegiyasının səyyar sessiyası tərəfindən sosialist qanunvericiliyini pozduğuna görə cəzasını əmək-islah düşərgəsində çəkməklə 25 il azadlıqdan məhrum edilmişdir. 1969-cu ildə vaxtından əvvəl şərti olaraq azad edilimişdir. Azad olunmasında akademik Ziya Bünyadovun səyi olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağasəlim atakişiyev sözünün mənası, ağasəlim atakişiyev haqqında məlumat. ağasəlim atakişiyev nədir? ağasəlim atakişiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Statika

  • Mart 01, 2026

    Heydərbəy

  • Fevral 23, 2026

    Erməni dili

  • Fevral 27, 2026

    Elektron kitabxana

  • Mart 06, 2026

    Badımcan dolması

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst