Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdullayev Ağaməmməd Səməd oğlu (1909, Novxanı, Bakı qəzası – 1976, Bakı) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960).

Ağaməmməd Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Ağaməmməd Abdullayev

Abdullayev Ağaməmməd Səməd oğlu (1909, Novxanı, Bakı qəzası – 1976, Bakı) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960).

Ağaməmməd Abdullayev
Abdullayev Ağaməmməd Səməd oğlu
Doğum tarixi 1909(1909)
Doğum yeri
  • Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1976(1976) (66–67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahələri dilçilik, tədris metodları[d], Azərbaycan dili
Elmi dərəcəsi
  • pedaqoji elmlər doktoru (1958)
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Müəllimlər İnstitutu,
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Azərbaycan Dillər Universiteti
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (1926)

Mündəricat

Həyatı

Ağaməmməd Abdullayev 1909-cu ildə Bakının Novxanı kəndində dəmirçi ailəsində dünyaya gəlib. A. Abdullayev 1926-cı ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Təhsil almaqla bərabər orta məktəbdə Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmişdir. Alim 1941–1942-ci illərdə M. F. Axundov adına Müəllimlər İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1942–1949-cu illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda Azərbaycan dili kafedrasına rəhbərlik etmiş, 1942-ci ildə pedaqoji elmlər namizədi, 1958-ci ildə pedaqoji elmlər doktoru alimlik dərəcələrini almışdır.

1966–1970-ci illərdə M. F. Axundov adına Xarici Dillər İnstitutunun rektoru olmuşdur.

Fəaliyyəti

Azərbaycan dilinin tədrisi tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. "Azərbaycan dilinin tədrisi tarixindən" (1966) monoqrafiyasında Üzeyir Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun "Türki-rusi və rusi-türki lüğəti"ni (1907) ətraflı təhlil etmişdir.

Kitabları

  • Azərbaycan dilinin tədrisi tarixinə dair. Bakı: Azərnəşr, 1958.
  • Üslubiyyat məşğələlərinin metodikası. Bakı: Azərtədrisnəşr, 1961.
  • İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı: Azərtədrisnəşr, 1962.
  • Əlifba (yaşlılar üçün). Bakı: Azərtədrisnəşr, 1963 (F. Ə. Əbdürrəhimov ilə birgə).
  • Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı: Azərtədrisnəşr, 1964.
  • Ana dili (yaşlılar üçün). Bakı: Azərtədrisnəşr, 1964 (Ə. H. Rəcəbov ilə birgə).
  • Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Maarif, 1966.
  • Müəllimin nitq mədəniyyəti haqqında. Bakı: Maarif, 1966.
  • Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı: Azərnəşr, 1968.
  • İbtidai siniflərdə ana dili tədrisinin metodikası. Bakı: Maarif, 1968.
  • Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı: Maarif, 1968.
  • Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: Maarif, 1978.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağaməmməd Abdullayev haqqında məlumat. Ağaməmməd Abdullayev nədir? Ağaməmməd Abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kilovatt-saat

  • Fevral 27, 2026

    Gödək Pipin

  • Fevral 27, 2026

    Termodinamika

  • Fevral 27, 2026

    Marş gölü

  • Fevral 27, 2026

    İshaq peyğəmbər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst