Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elm

Azərbaycan Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan Universiteti

Azərbaycan Universiteti və yaxud qısaca AU — Azərbaycanda fəaliyyət göstərən ilk özəl universitet.

Azərbaycan Universiteti
Loqonun şəkli
Tip özəl
Şüar Gələcəyini bu gün seç
Əsası qoyulub 1991
Rektor Səadət Əliyeva
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Ünvan Ceyhun Hacıbəyli küç., 71
Sayt au.edu.az
40°23′43″ şm. e. 49°50′36″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunmuşdur.

Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır.

2016-cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Universiteti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur.

Tədrisin təşkili

Universitet 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir. Tədrisin təşkili, tələbələrin qiymətləndirilməsi Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırılmışdır.

Ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığı aparılır.

Tədris Azərbaycan və ingilis dillərindədir. İngilis dilində tədris olunan ixtisaslara qəbul olan tələbələr üçün bir il dil hazırlığı proqramı tətbiq olunur. Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.

Universitet kompüter biliklərini beynəlxalq səviyyədə təsdiq edən ECDL sertifikat proqramının (European Computer Driving Licence) Azərbaycandakı rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi olaraq, eyni zamanda ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunmuşdur.

2019-cu ildə ISO 9001:2015 "Keyfiyyət İdarəetmə Sistemi" sertifikatını əldə edən Azərbaycan Universitetində tədris və idarəetmə beynəlxalq standartlar əsasında təşkil olunur.

Tələbə və məzun sayı

Azərbaycan Universitetində bakalavriat pilləsində 16 ixtisas, magistraturada 13, doktoranturada 13, dissertanturada 11 ixtisaslaşma üzrə 1305 bakalavriat, 93 magistrant, 29 doktorant və 30 dissertant təhsil alır.

1995–2019-cu illər ərzində bakalavriat pilləsi üzrə 4302, 1999–2019-cu illər ərzində magistratura pilləsi üzrə 564 məzunu olmuşdur.

Rektorlar

Səlahəddin Xəlilov 2007-ci ilə qədər Azərbaycan Universitetinin rektoru olmuşdur.

Akif Musayev 2007-ci ildən 2011-ci ilədək Azərbaycan Universitetinin rektoru vəzifəsini icra etmişdir.

Aslan Qəhrəmanlı 2011–2012-ci illərdə Azərbaycan Universitetinin rektoru olmuşdur.

1 may 2012-ci il tarixindən 26 yanvar 2015-ci il tarixinədək Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov olmuşdur.

28 yanvar 2015-ci il tarixindən 13 mart 2017-ci il tarixinə qədər Azərbaycan Universitetinin rektoru vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov icra etmişdir.

13 mart 2017-ci il tarixindən isə Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin olunmuşdur.

Fakültələr

Azərbaycan Universitetində 4 fakültə və Magistratura-doktorantura şöbəsi fəaliyyət göstərir.

1. Biznes və iqtisadiyyat fakültəsi

2. Humanitar fənlər fakültəsi

3. İnformasiya — kommunikasiya texnologiyaları fakültəsi

4. Magistratura və doktorantura şöbəsi

Beynəlxalq əlaqələr

Azərbaycan Universiteti "Erasmus+", "Mevlana", DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür. "Erasmus+" proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. "Mevlana" proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.

Mübadilə proqramı ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən icra olunur.

Tələbə həyatı

Beynəlxalq İkili Diplom Proqramı

Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə tətbiq olunan beynəlxalq ikili diplom proqramın bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir. İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Proqrama müraciətləri qəbul olunan bakalavriat tələbələri birinci və ikinci tədris ilini Azərbaycan Universitetində, üçüncü və dördüncü tədris ilini isə Xarkov Milli Radioelektronika Universitetində oxuyurlar. Magistratura tələbələri isə birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində isə Xarkov Milli Radioelektronika Universitetində təhsil alacaqlar. Təhsil müddəti bakalavriat pilləsi üçün 4, magistratura pilləsi üçün isə 2 təqvim ilidir. Fənlərin tədrisi ingilis və ya rus dillərində aparılır. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.

Universitetdaxili İki Diplom Proqramı

Universitet Daxili İki Diplom Proqramı (UDİD) tələbələrə 4 ildə 2 ayrı ixtisas üzrə 2 diplom alma imkanı yaradır. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85–100 bal arasında olan tələbələr müraciət edə bilərlər.

Karyera Mərkəzi

Karyera Mərkəzi tələbələrin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək, onları iş dünyasına hazırlamaq məqsədiylə fəaliyyət göstərir. Mərkəz tərəfindən gənclərin məşğulluq problemlərinin həlli istiqamətində təşkilati və maarifləndirmə tədbirləri, təlim və seminarlar həyata keçirilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan Universiteti haqqında məlumat. Azərbaycan Universiteti nədir? Azərbaycan Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rubik Kubu

  • Fevral 27, 2026

    Müğənni

  • Fevral 27, 2026

    Etika

  • Fevral 27, 2026

    Sinkretizm

  • Fevral 27, 2026

    Musa Şəkiliyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst