Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azadciran nahiyəsi — Osmanlı dövründə inzibati-ərazi vahidi, Naxçıvan qəzasının nahiyyələrindən biri. 1590-cı ildə Azadciran nahiyəsi 28 kənddən ibarət idi. 172

Azadciran nahiyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Azadciran nahiyəsi

Azadciran nahiyəsi — Osmanlı dövründə inzibati-ərazi vahidi, Naxçıvan qəzasının nahiyyələrindən biri. 1590-cı ildə Azadciran nahiyəsi 28 kənddən ibarət idi. 1727 ci ildə isə 37 kənddənibarət idi.

Qədim nahiyə
Azadciran nahiyəsi
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan qəzası (Osmanlı)
Banisi Osmanlı İmperiyası
Milli tərkibi Azərbaycan türkləri

Tarixi

Azadciran nahiyəsi ərazi baxımından daha qədim dövrdə adı qeyd edilən Qoxtn (Qoltn) əyaləti ilə üst-üstə düşür. Qoxtn əyaləti haqqında ilk məlumatlar IV əsrdən etibarən erməni dilli mənbələrdə verilir və XIII əsrə kimi bu ad mənbələrdə xatırlanır. X əsrdən başlayaraq ərəb və fars dilli mənbələrdə həmin əyalət Azad-Ciran (Azadciran) adlandırılır və bu da ərazidə yerləşən iki böyük şəhərin – Azad və Kiran şəhərlərinin adı ilə bağlıdır.

Azad-Ciran əyaləti haqqında ilk məlumat Əl-İstəxrinin “Məsalik və Məmalik” əsərində verilir. İstəxri yazır ki, “Arranın sərhədləri Bab əl-Əbvabdan Tiflisə və Araz çayı yaxınlığında yerləşən Haciran adlı yerə kimidir.”

Səfəvi şahlarının Matenadaranda saxlanan çoxsaylı fərmanlarında Azad-Ciran əyalətinin adı dəfələrlə çəkilir. Onlardan I Təhmasibin 1544 və 1555-ci illərə, Təbriz bəylərbəyinin 1581-ci ilə, Məhəmməd Xudabəndənin 1585-ci ilin dekabrına və 1586-cı ilin yanvarına, I Şah Abbasın 1604, 1606 və 1621-ci illərə aid fərmanlarında Azad-Ciran əyaləti, onun əhali və ərazisi, həmçinin sosial-iqtisadi həyatında çoxlu sayda dəyərli məlumatlar verilir.

Əyalətin mərkəzi Kiran şəhəri olmuşdur. Şəhərin xarabalıqları hazırda Ordubad rayonunun Kələntər-Dizə kəndi yaxınlığında yerləşən Xarabagilan abidəsidir.

Ədəbiyyat

  • Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azadciran nahiyəsi haqqında məlumat. Azadciran nahiyəsi nədir? Azadciran nahiyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    I Ramzes

  • Fevral 27, 2026

    İtaliya–Osmanlı müharibəsi

  • Fevral 27, 2026

    XV Karl

  • Fevral 27, 2026

    Kansu Qavri

  • Fevral 25, 2026

    Qoz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst