Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük

Azərbaycan rusları

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan rusları

Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır.

Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Avrora (indiki Hirkan), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar.

Mündəricat

Məskunlaşma tarixi

Çarizm dövrü

Ruslar Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başlamışlar. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycanda məqsədli surətdə məskunlaşdırılmışdır. İlk rus məskənləri sektantların yerləşdirilməsinə ehtiyac duyulduğu üçün yaranıb. Onların köçürülməsi 1838-ci ildən başlayıb. Köçürülməyə sanksiya verən ilk qanunvericilik aktı 20 oktyabr 1830-cu ildə raskolnik və sektantların "Zaqafqaziya əyalətləri"nə köçürülməsi barədə hökumət sərəncamının nəşri olub. Ruslar imperiyanın daxili quberniyalarından köçürülürdülər. Rusların ilk könüllü gələnləri 1830-cu ildə Orenburq vilayətindən malakanların köçürülməsi idi. İlk rus kəndləri arasında Vel, Privolnoye, Prişib, Nikolayevka, İvanovka kəndləri var idi. 1833-cü ilin ortalarından başlayaraq rus sektantlarının Şamaxı və Şuşa qəzalarına, daha sonra Lənkəran qəzasına köçürülməsi həyata keçirilir. Bir müddət "sektantlara" şəhərlərdə yerləşmək qadağan edilirdi. Bir qədər sonra onlar Şamaxı və Lənkəran qəzalarında qəsəbələrini yaratdılar və yalnız 1859-cu ildə Bakı qəzasında onlara qəsəbə qurmağa icazə verildi. 1841-1847-ci illər ərzində Yelizavetpol quberniyasında əhalisi yalnız duxoborlardan ibarət olan Slavyanka, Novo-Qoreloe, Novo-Troitskoe və Novo-Spasskoye kəndləri yaradıldı.

AXC dövrü

1917-ci il Oktyabr inqilabından əvvəl burada 100-ə yaxın rus kəndi mövcud idi. Onların əhalisi Rus Pravoslav Kilsəsindən ayrılmış və çar hökuməti tərəfindən Rusiyanın mərkəzindən Qafqaza köçürülmüş təriqətçilərdən (əsasən malakan) ibarət idi. İri şəhərlərdə yaşayan ruslar əsasən hökumət nümayəndələri, sahibkarlar, mütəxəssislər və fəhlələr idi.

Sovet dövrü

XX əsrin əvvəlindən 1940-1950-ci illərə qədər ruslar Bakıda əsas milli azlıqlardan idi. Rusların Azərbaycana mühacirəti sovet zamanı da davam edirdi. 1970-ci ildə rusların sayı 500 mini ötmüşdü və onlar Azərbaycan SSR-in ümumi əhalisinin 10%-ini təşkil edirdilər.

Müasir vəziyyət

SSRİ dağıldıqdan sonra onların bir hissəsi Azərbaycanı tərk etməyə başlasalar da sonradan bu proses dayanmış və hazırda Azərbaycanda ruslar ən böyük etnik qrup təşkil edirlər.

1990-2000-ci illərdə keçmiş rus təriqətçı kəndlərinin bəzilərinin adı dəyişdirilmişdir, əhalisi isə bu gün əsasən ruslardan və azərbaycanlılardan ibarətdir. Rusların böyük qismi pravoslavdırlar, təriqətçilərin (xüsusi ilə malakanların) sayı bir neçə yüz nəfərdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan rusları haqqında məlumat. Azərbaycan rusları nədir? Azərbaycan rusları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əşrəf şah

  • Fevral 24, 2026

    Ametist

  • Fevral 27, 2026

    Aydın Mansurov

  • Fevral 27, 2026

    Dadaş Rzayev

  • Fevral 27, 2026

    Volqa xoruzgülü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst