Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayşad Məmmədov (tam adı: Ayşad Kamal oğlu Məmmədov; 6 dekabr 1954, Mərdəkan) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (200

Ayşad Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Ayşad Məmmədov

Ayşad Məmmədov (tam adı: Ayşad Kamal oğlu Məmmədov; 6 dekabr 1954, Mərdəkan) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000).

Ayşad Məmmədov
Ayşad Kamal oğlu Məmmədov
Doğum adı Ayşad Kamal oğlu Məmmədov
Doğum tarixi 6 dekabr 1954 (71 yaş)
Doğum yeri Mərdəkan, Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı İlqarə Tosova
Uşaqları Harun, Mələksima,
Sonbahar
Atası Kamal Məmmədov
Anası Mələksima Əliyeva
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1982-ci ildən
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İstiqamət teatr
kino
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000
IMDb ID2948615

Mündəricat

Həyatı

Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1978–1982) təhsil alaraq, Nəsir Sadıqzadə və Vaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Şəki Teatrında (1982–1989) çalışıb. 1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib. 2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti

Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V. Şekspir "Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan (M. F. Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın (C. Cabbarlı "Aydın"), İsgəndər (C. Məmmədquluzadə "Ölülər"), Təlxək (M. F. Axudov "Ox və hədəf"), Kral (Q. Qorin "Aktyor və kral"), Padşah (Anar "Yaxşı padşahın nağılı"), cəllad ("Generalın son əmri", Vaqif Səmədoğlu), Ocaqqulu ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), kişi ("Bir, iki, bizimki", Kamal Abdulla), Belekurov ("Yaşar", Cəfər Cabbarlı) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Mükafatları

Əməkdar artist (2000), prezident mükafatçısıdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 avqust 2017-ci ildə Varnada keçirilən Beynəlxalq Monotamaşalar Festivalında "İuda" tamaşasındakı İuda roluna görə mükafat və diploma layiq görülüb.

Filmoqrafiya

  1. Ailə (film) — qaçqının tanışı
  2. Altı nömrəli palata (film, 1994)
  3. Bəxt üzüyü (film, 1991)
  4. Güllələnmə təxirə salınır!... (film, 2002)
  5. Bir anın həqiqəti (film, 2003)
  6. Həsrətli gözlərin rəsmi (film, 2003)
  7. Oyun (film, 2003)
  8. Yanmış körpülər (film, 2007)
  9. "Moskva-Bakı" qatarı (film, 2005)
  10. Yalan (film, 2005)
  11. Məhkumlar (film, 2006)
  12. Sirat körpüsü (film, 2007)
  13. Günaydın, mələyim! (film, 2008)
  14. Evləri göydələn yar (film, 2010)
  15. İstanbul reysi (film, 2010)
  16. Qayınana (film, 2011)
  17. Qağayı (teleserial, 2012)
  18. Sübhün səfiri (film, 2012)
  19. Tək olanda qorxma... (teleserial, 2013)
  20. Çaqqal nəfəsi (teleserial, 2013)
  21. Qanun naminə (teleserial, 2013)
  22. Xeyirlə şərin rəqsi (film, 2015)
  23. Əbədi ezamiyyət (film, 2016)
  24. Postskriptum (film, 2016)
  25. Cehizsiz gəlinlər (teleserial, 2016)
  26. Pərdə (film, 2016)
  27. Don Marleone (film, 2017)
  28. İmtahan (teleserial, 2017) — Zeynal
  29. Ata ocağı (teleserial, 2017) — Nəsimi
  30. Sənin sevdiyin musiqi (film, 2019) — Arif
  31. Sən demə (film, 2020)
  32. Məryəm (film, 2022)
  33. Mən burdayam, İlahi!

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ayşad məmmədov sözünün mənası, ayşad məmmədov haqqında məlumat. ayşad məmmədov nədir? ayşad məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qəzvin ostanı

  • Fevral 27, 2026

    İlham Rəhimli

  • Fevral 25, 2026

    Para

  • Mart 01, 2026

    Nəhavənd şəhristanı

  • Fevral 27, 2026

    Ecdysozoa

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst