Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ay avtomobili (ing. Lunar rover, tam adı ilə: Lunar Roving Vehicle (LRV)) — Ayda istifadə üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsidir. Apollon proqramındakı

Ay avtomobili

  • Ana Səhifə
  • Vikipediya
  • Ay avtomobili

Ay avtomobili (ing. Lunar rover, tam adı ilə: Lunar Roving Vehicle (LRV)) — Ayda istifadə üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsidir. Apollon proqramındakı Ay modulları ilə Aya nəql edilmişdirlər.

Ay maşınının sxemi
Ay maşınının ayda görünüşü

Ay avtomobili, Aydakı aşağı cazibə mühitində işləmək, Ay səthində hərəkət etmək və Apollon astronavtlarına daha geniş bir ərazini tədqiq etməyə imkan vermək üçün hazırlanmışdır. Apollon 15-də David Scott və James Irwin tərəfindən, Apollon 16-da John Young ve Charles Duke tərəfindən, Apollon 17-də Eugene Cernan ve Harrison Schmitt tərəfindən istifadə edilən üç ədəd ay maşını Ay səthində olmuşdur.

Apollon 17 missiyası ilə əlaqədar olaraq aya göndərilmiş heyətdən, astronavt Eugene A. Cernan tədqiqatlar üçün ay səthində gəzərkən
Apollon 15 missiyasında istifadə edilmiş olan ay maşını
Apollon 15-in ay modulu pilotu James Irwin, Apollon ay modulu, ay maşını.
Apollon 17 missiyasında çəkilmiş Ayın panoramik şəkili. Ortasında Ay maşını Lunar Roving Vehicle görünür (1972).

Hər vasitə gündə bir dəfə olmaqla, 3 günlük missiya dövründə 3 ayrı gəzintidə istifadə olunmuşdur. Apollon 15-in Ay avtomobili 3 saat 2 dəqiqə ərzində ümumilikdə 27,8 km yol qət etmişdir. Maksimum bir dəfəyə 12,5 km məsafə qət edilmiş və Ay modulundan maksimum 5 km məsafədə uzaqlaşılmışdır. Apollon 16-da Ay maşını ilə 3 saat 26 dəqiqə ərzində 26,7 km məsafə qət edilmişdir. Ən uzun gəzinti 11,6 km olmuş, və Ay modulundan maksimum 4,5 km uzaq yol gedilmişdir. Apollon 17-nin ay maşını ilə 4 saat 26 dəqiqə ərzində 35.9 km yol qət edilmişdir. Ən uzun gəzinti 20,1 km, Ay modulundan uzaqlaşılmış ən uzun məsafə 7,6 km təşkil etmişdir

Ay avtomobilinin çəkisi 210 kq idi və əlavə 490 kq daşıyacaq qədər dizayn edilmişdir. Gövdəsi 3,1 metr, təkər bazası 2,3 metr idi. Ən hündür nöqtəsi 1,14 metr idi. Gövdəsi, ay moduluna qatlanaraq yerləşdirilə bilməsi üçün, 2219 alüminium hissə qaynaqlanmış və ortasından bağlanmış olan 3 ədəd şassidən ibarət idi. Alüminiumdan bükülə bilən və yan yana yerləşdirilmiş 2 ədəd oturacağa malik idi. Oturacaqların arasına bir qol dayama vasitəsi yerləşdirilmişdi və hər oturacaqda tənzimlənən ayaq qoymaq üçün nəzərdə tutulan xüsusi yer və təhlükəsizlik kəməri mövcud idi. Ortada içi boş bir qab formasında olan böyük bir əlaqə antenası da maşının ön hissəsindəki dirəyə yerləşdirilmişdi. Asqı sistemi, V şəklində yuxarı və aşağı əyilmə ilə bir cüt üfüqi metaldan və şassi ilə yuxarı V formalı metal arasında yerləşən bir damperdən ibarət idi. Tamamilə yüklənmiş Ay avtomobili yerdən 36 sm hündürlükdə olurdu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ay avtomobili sözünün mənası, ay avtomobili haqqında məlumat. ay avtomobili nədir? ay avtomobili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Unikorn mağazası

  • Fevral 27, 2026

    Cülyen Lametri

  • Fevral 27, 2026

    Zəngi (İsmayıllı)

  • Fevral 27, 2026

    Kosta Rika

  • Fevral 27, 2026

    Kirovoqrad vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst