Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərqanə böləsində bugünkü Namanqanın 17 km. cənub-qərbində, Kasan-say suyunun Sırdərya ilə birləşdiyi nöqtədə yerləşən Axsikəndə (vəya Axsikət) dair ən qədim qe

Axsikənd

  • Ana Səhifə
  • Vikipediya
  • Axsikənd

Axsikənd — müasir Özbəkistanın Namanqan vilayətində, Sırdərya çayının sahilində şəhər xarabalığı.

Axsikənd
40°53′11″ şm. e. 71°27′02″ ş. u.HGYO
Ölkə
  •  Özbəkistan
Xəritəni göstər/gizlə
Axsikənd xəritədə
Axsikənd
Axsikənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Fərqanə böləsində bugünkü Namanqanın 17 km. cənub-qərbində, Kasan-say suyunun Sırdərya ilə birləşdiyi nöqtədə yerləşən Axsikəndə (vəya Axsikət) dair ən qədim qeydlərə Çin qaynaqlarında rastlanır. Şəhərin miladi III–VII əsrlər arasında yerli bir sülalənin idarəsində Fərqanənın paytaxtı olduğu bilinir. Axsikəndə aparılan arxeoloji qazıntılarda tapılan ən qədim materialın Göytürk keramikası olmasından, burda polad istehsalının olmasından., 627–649-cu illər arasında Göytürk xakan soyundan Kan Bağaturun Fərqanənı alıb şimaldakı Kasanı paytaxt edərək Axsikəndə hakim olduğu təxmin edilir.

726-cı ildə Fərqanəyə gedən bir Çinli səyyah, İslam dininin Türkistanda yayılmağa başladığı o dönəmdə Axsikəndən bir İslam şəhəri olaraq söz edir bax., fəqət Fərqanənın böyük bölümü, daha üç əsr əski mədəniyyətinə sadiq qalmışdır. X əsrin əvvəllərində Qaşğarda Abdülkərim Satuk Buğra xanın İslamiyəti qəbul edincə əmisiylə savaşmaq məcburiyyətində qalmasına görə "Fərqanə qaziləri"ndən yardım istəyində olduğu bilinir. X əsrdə Fərqanədə yer alan iki İslami mərkəzdən biri Axsikənd, digəri yenə bir Türk sülaləsinin idarəsində olan daha şərqdəki Özkənd idi. Qaraxanlılar Fərqanə üzərindən qərbə irəliləyərək qısa müddətdə Türkistanın İslamiyəti qəbul etmiş olan hissələrini ələ keçirdilər və bir müddət sonra da Özkəndi paytaxt və bir mədəniyyət mərkəzi halına gətirdilər. 943-cü və 985-ci il tarixlərində Axsikəndə gedən İbn Hövqəl və Məqdisi, şəhəri ehtimalən xaqani Türk (Qaraxanlı) dövrünə yaxın bir zamanda, yəni hələ Fərqanənın paytaxtı ikən gördülər. Qaraxanlılar dövründə Axsikənd, Şaş çayının (Siridərya) şimal sahilində, dağlarla çöl arasındakı ağaclıq bir vahə içində, daxili və xarici şəhərdən (mədinə və rabaz) təşəkkül edən çift divarlı və dörd qapılı məmur bir şəhərdi. İdari məqam iç şəhər divarları içində, Siridərya çayıına baxan bir uçurumun üstündə olan çox müstəhkəm qalada idi. Cami-məscid ətrafında böyük imarətlər mövcuddu; evlər də taxta və palçıqdandı. Çaydan gətirilən sular küçələrdə arxlar içində axır və hovuzlarda toplanırdı. Qazıntılarda Xaqani dövrünə aid böyük bir hamamın qalıntıları tapılmışdır. Axsikəndə Xaqani dönəminə aid arxeoloji material çox zəngindir və bu durum şəhərin o dövrdə, İpək yolu üzərində önəmli bir karvan mərhələsi və bir mədəniyyət-sənət mərkəzi olduğunu göstərməkdədir. XI–XII əsrdə Axsikəndə Xaqani hökmdarlarının sikkələri də zərb olunurdu. Yenə bu dövrdə, daşıdıqları Axsikəti nisbəsindən bu şəhərli olduqları anlaşılan hədis, lüğət və tarix alimləri ilə mütəsəvviflər də yetişmişdir.

Qaraxitay və Monqol istilaları sırasındakı savaşlarda zərər gördüyü anlaşılan Axsikənd, 1218-ci ildə Monqol hakimiyyətinə keçdi. Qaraxitay və Monqol dövründə Türkistanda qədim dinlərin canlanması ilə Axsikənd İslami elm mərkəzi olma vəsfini itirmiş kimi görünür. Teymurlulardan Ömər Şeyx mirzə, Fərqanə hökmdarı ikən Axsikəndi paytaxt etmiş və 1494-cü ildə orada ölmüşdür. Axsikəndə atasının yerinə taxta əyləşən Hindistan fatehi Babur, xatirələrində şəhəri bugünkü xarabaya bənzər şəkildə anlatmakdadır. Babur zamanında bir dərəcəyə qədər ayaqda qalan Axsikəndin, qonşu Namanqanın böyüməsiylə getdikcə tərk edildiyi anlaşılır.

Ədəbiyyat

  • W. Barthold, "Ahsiket", İA, I, 226.
  • Babur, Vəkayi (trc. və nşr. Rəşit Rahməti Arat), Ankara 1943, I.

Həmçinin bax

  • Göytürk xaqanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Axsikənd haqqında məlumat. Axsikənd nədir? Axsikənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kəhrəba

  • Fevral 27, 2026

    1933-cü il

  • Fevral 25, 2026

    Çaylı (Tərtər)

  • Fevral 27, 2026

    Antiimperializm

  • Fevral 23, 2026

    Məhəmməd peyğəmbər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst