Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar

Avşar (Vedibasar)

  • Ana Səhifə
  • Vikipediya
  • Avşar (Vedibasar)

Avşar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.

kənd
Avşar
39°50′26″ şm. e. 44°41′01″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 17,5 km²
Mərkəzin hündürlüyü 835 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 4.929 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0605
Avşar xəritədə
Avşar
Avşar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Avşar kəndi rayon mərkəzindən 7 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftərin"də Avşar kəndi, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftər"ində Əfşaryerli formasında, Qafqazın 5 verstlik xəritəsində Avşar kimi qeyd edilmişdir.

Toponimiyası

Mənbədə "Avşar-Yerli" kimidir. Digər adı — Kəl-Balavan . 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişlər. 1928-ci ildən sonra geri qayıtmış azərbaycanlılar 1949–1950-ci illərdə Azərbaycana köçürülmüşlər . Səlcuq oğuzlarının Avşar tayfasının adını əks etdirir. Bu tayfanın adı Mahmud Qaşqarlının (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsr) əsərlərində Afşar, Rəşid əd Dinin (XIV əsr) və Əbülqazi Xan Xivəlinin (XVII əsr) əsərlərində Avşar kimidir. XIV–XVII əsrlərdə Anadoluda bu etnonimin hər iki forması vardı (bax: "Türk dünyası tarixi" dərgisi, İstanbul, 1996, № 119). XVI əsrdə Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri kimi bu tayfanın adı yalnız Əfşar kimidir. XV–XVI əsrlərdə bu tayfanın bir hissəsi qızılbaşlara qoşulduğuna görə Səfəvi şahları onlara Azərbaycanda və Ermənistanda ərazilər vermişdilər . (Türkiyədə Avşar adlı 86 kənd vardır (34, 409).

Toponim "çevik və ovçuluğu sevən" mənasını verən avşar oğuz tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 13 tatar ailəsi, 42 kişi, 38 qadın, cəmi 80, 1873-cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904-cü ildə 1094, 1914-cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni, 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 erməni yaşamışdır.

1930-cu ildən Qaranlıq (Martuni), Sisyan, Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər köçürülüb yerləşdirilmişdir.

Z. Qorqodyanın "1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi" (İrəvan, 1932) kitabında göstərilir ki, 1831–1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır.

Lakin "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" əsərində bu fakt təhrif edilərək kənddə azərbaycanlıların yaşadığı göstərilmir. Həmin kitabda 1831–1916-cı illərdə kənddə yalnız ermənilərin yaşadığı qeyd edilir.

Azərbaycanlılar 1948–1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avşar (Vedibasar) haqqında məlumat. Avşar (Vedibasar) nədir? Avşar (Vedibasar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şotlanlı (Ağdam)

  • Fevral 27, 2026

    Məmmədov

  • Fevral 27, 2026

    Dəjəl

  • Fevral 27, 2026

    Canıbəy xan

  • Fevral 27, 2026

    Lombok boğazı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst