Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu Kəndin aid olduğu Nəmirli kənd inzibati ərazi dairəsinin Təzəkən kəndi və "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əhmədağalı bəl

Şotlanlı (Ağdam)

  • Ana Səhifə
  • Vikipediya
  • Şotlanlı (Ağdam)

Şotlanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd.

Şotlanlı
40°14′00″ şm. e. 46°57′09″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 252 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.400 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Şotlanlı xəritədə
Şotlanlı
Şotlanlı

Bu Kəndin aid olduğu Nəmirli kənd inzibati ərazi dairəsinin Təzəkən kəndi və "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

Tarixi

Şotlanlı kəndi İrandan gələn türk tayfaları tərəfindən formalaşdırılmışdır.

Şotlanlı kəndinin uzun tarixi vardir. Kökü əcəmi kürdlərinə gedib çıxan Şotlanlı kəndinin əhalisi qədim zamanlarda Türkiyədən Cənubi Azərbaycana — Cənubi Azərbaycanın Sərab ərazisinə — Şəqaqi elinə gəlmişlər. (Burada yaşamış Şatiranlu oymağı Şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur.) 1747 ci ildə — Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olmuşdur. 1828 ci ildə — Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına — daha dəqiq desək, Qubadlı rayonunun Zilanlı kəndinə köç etmişlər. Bir müddətdən sonra bəhs olunan Şotlanlı camaatı Agdam rayonuna Şotlanlı kəndinin əsasını qoymuşdur. İndi Şotlanlı kəndi Ağdam rayonunun inzibati ərazi vahididir. Sovet dönəmi bitənə qədər Şotlanlı kəndi Nəmirli, Umudlu (Kolanlı), Şurabad kəndləri ilə birgə Nəmirli kənd sovetliyi adlandırılmışdır. Kənddə 1 məktəb, 1 xəstəxana, 1 magaza,1klub fəaliyyət göstərmisdir. Kənddə Alban məbədi olmuş sonralar kənd sakinləri tərəfindən naməlum səbəblərə görə dağıdılmışdır.[etibarsız mənbə?]

23.04.1994-cü il tarixində Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olmuşdur.

20.11.2020-ci il tarixində bu Kənd Üçtərəfli Qarabağ atəşkəs bəyanatına əsasən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Təsərrüfatı

1974-cü ilə qədər ən çox inkişaf edən sahə pambıqçılıq olmasına baxmayaraq,1974-cü ildən sonra Kənddə ən çox inkişaf edən sahə üzümçülük olmuşdur. Kənd hər il Ağdam şərabçılıq zavoduna tonlarla üzüm vermişdir. Burada həmçinin baramaçılıq, bostançılıq, taxılçılıq, meyvəçilik inkişaf etmişdir. Burada heyvandarlıqda inkisaf edən sahələr sırasındadır.

Əhalisi

Qarabağ müharibəsinə qədər olan statistikaya görə Şotlanlı əhalisi 279 ailə 1382 nəfərdən ibarət olmuşdur.

Dini

Şotlanlı kəndinin əhalisi şiə etiqadlı müsəlmanlardan ibarət olmuşdur.

Müharibədən sonra Şotlanlı

Müharibədən sonra Şotlanlı kənd camaatının əksəriyyəti Bakı şəhərinə, Tərtər rayonunun İsmayılbəyli kəndinə, Ağdam rayonuna, Mingəçevir şəhərinə, Sumqayıt şəhərinə köçmüşdür və burada artıq 20 ildən çoxdur ki məskunlaşmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şotlanlı (Ağdam) haqqında məlumat. Şotlanlı (Ağdam) nədir? Şotlanlı (Ağdam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İosif Stalin

  • Fevral 10, 2026

    Barens dənizi

  • Fevral 24, 2026

    Babil təqvimi

  • Fevral 23, 2026

    Cənubi Pireney

  • Fevral 11, 2026

    İraq

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst