Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı.

Avstriyalı Mariya

  • Ana Səhifə
  • Vikipediya
  • Avstriyalı Mariya

Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı.

Avstriyalı Mariya
Müqəddəs Roma imperatorunun xanımı
25 iyul 1564 – 12 oktyabr 1576
ƏvvəlkiPortuqaliyalı İzabella
SonrakıAvstriyalı Anna
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1528(1528-06-21)
Doğum yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya
Vəfat tarixi 26 fevral 1603(1603-02-26)[…] (74 yaşında)
Fəaliyyəti queen regnant[d]
Atası V Karl
Anası Portuqaliyalı İzabella
Həyat yoldaşı
  • II Maksimilyan (1548)
Uşaqları
  • Avstriyalı Anna,
  • II Rudolf (Müqəddəs Roma imperatoru),
  • Avstriyalı Elizabeta,
  • Matvey (Müqəddəs Roma imperatoru),
  • III Maksimilyan (hersoq),
  • VII Albert (hersoq)
Ailəsi Habsburqlar sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi.

Mündəricat

Həyatı

İlk illəri

Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu.

Evliliyi

15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar. Ancaq Mariya 1558-ci ildə yenidən Madridə döndü və İspaniya kralı olan qardaşı II Filipə kral naibəsi olaraq xidmət etməyə başladı. 1561-ci ilədək bu vəzifəni ifa edən Mariya daha sonra Avstriyaya döndü.

Mariya Avstriyaya döndükdən qısa müddət sonra əri Maksimilyan atasının vəfatından sonra Avstriya, Bohemiya və Macarıstan kralı oldu. Qatı katolik olan Mariya dini yönümü qeyri-müəyyən olan əriylə bu səbəblə tez-tez münaqişələr yaşadı. Üstəlik təkcə əri II Maksimilyan deyil, yaşadığı saray mühiti də protestant yönümlü idi və bu səbəblə ətrafında əslən ispan olan katolik saray əyanlarını toplamışdı.

1576-cı ildə II Maksimilyan vəfat etdi və Mariya onun ölümündən sonra 6 il boyunca imperator sarayında yaşamağa davam etdi. Gələcəkdə Müqəddəs Roma imperatoru olan övladları Rudolf və Matveyin üzərində nüfuz sahibi idi.

Son illəri

Mariya ən kiçik qızı Marqaritanı da yanına alaraq 1582-ci ildə İspaniyaya döndü və qızını qardaşı olan İspaniya kralı II Filiplə evləndirəcəyini elan etdi. Ancaq II Filip daha öncə onun böyük qızı Anna ilə evlənmişdi və bu səbəblə Marqarita həm dayısı olan, həm də bacısının dul əri olan II Filiplə evlənməkdən imtina edərək rahibə kimi kilsə həyatını seçdi. Artıq kafirlərin olmadığı bir ölkədə yaşamaqdan məmnun olan Mariya ölümünədək burada yaşadığı Madriddə bir kilsədə yaşamağa başladı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avstriyalı Mariya haqqında məlumat. Avstriyalı Mariya nədir? Avstriyalı Mariya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəhrüm şəhristanı

  • Fevral 27, 2026

    Stoaçılıq

  • Fevral 27, 2026

    Altay diyarı

  • Fevral 28, 2026

    Abaris

  • Fevral 28, 2026

    III Xattusili

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst