Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Astra" (rum. Asociația Fotbal Club Astra Giurgiu) — Rumıniyanın Curcu şəhərini təmsil edən futbol klubu.

Astra FK

  • Ana Səhifə
  • Vikipediya
  • Astra FK

"Astra" (rum. Asociația Fotbal Club Astra Giurgiu) — Rumıniyanın Curcu şəhərini təmsil edən futbol klubu.

Mündəricat

Tarixi

Klub 1921-ci ildə indi təmsil etdiyi Curcu şəhərində yox, Ployeşti şəhərində yaradılıb.

İlk adı "Astra-Romana" olmuş klub, müxtəlif illərdə "Rafinorul", "Danubiana", "Ployeşti" kimi adlar altında çıxış edib. 1996-cı ildən etibarən klub indiki – "Astra" adını daşıyır.

1996-cı ildən klubun sahibi "İnterAgro Group"un rəhbəri olan Yoan Nikulaedir. Onun gəlişi komandanın nəticələrində də özünü göstərmiş, komanda tarixi ərzində ilk dəfə 1998-ci ildə Rumıniyanın yüksək liqasına vəsiqə qazanmışdır. Ployeşti təmsilçisi 5 il burda çıxış etdikdən sonra yenidən aşağı liqaya düşmüşdür.

Klub 2003-cü ildə şəhərin digər komandası "Petrolul"la birləşərək, "Ployeşti" adı altında çıxış etməyə başlayır. Bir ara 3-cü liqaya kimi geriləyən komanda 2009-cu ildə yüksək liqaya qayıdır. Elə həmin ildən "Astra" adını özünə qaytaran klub, 2012-ci ildə Ployeştidən köçərək, Curcuda məskən salıb.

Uğurları

Klub əsas uğurlarını məhz şəhər dəyişikliyindən sonra qazanmağa başlayıb. Belə ki, komanda yeni şəhərə köçdükdən sonra Rumıniya çempionu (2015/16), ölkə çempionatının gümüş mükafatçısı (2013/14), ölkə kubokunun qalibi (2013/14), finalçısı (2016/17) və iki dəfə ölkə superkubokun (2014, 2016) qalibi olmuşdur.

Heyəti

Heyətin əsası yerli futbolçulardan təşkil edilib. Ancaq komandada Yaponiya, Braziliya, Xorvatiya, Polşa, Bolqarıstan və Fransadan olan legionerlər də çıxış edirlər. Komandanın kapitanı yapon yarımmüdafiəçi Takayuki Setodur.

Rəhbərlik

"Astra"nın prezidenti isə Danut Komandır. Sabiq qolkiper futbolçu karyerasına 2015-ci ildə məhz bu komandada son qoyub. O, karyerasını bitirdikdən sonra "Astra"da qalaraq, klub rəhbəri olub.

Komandanın baş məşqçisi Edvard İordaneskudu. O, 2017-ci ildən klubun baş məşqçisidir.

Rəngləri

Klubun əsas rəngləri ağ və qaradır.

Stadionu

Klub ev oyunlarını 8500 tamaşaçı tutumuna malik Marin Anastasoviçi stadionunda keçirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Astra FK haqqında məlumat. Astra FK nədir? Astra FK nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ayşvariya Ray

  • Fevral 27, 2026

    Qarabağ atı

  • Fevral 27, 2026

    Kars

  • Fevral 27, 2026

    Məlayir

  • Fevral 27, 2026

    Talıstan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst