Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuş

Artuq bəy

  • Ana Səhifə
  • Vikipediya
  • Artuq bəy

Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur.

Artuk bəy
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi 1091(1091)
Vəfat yeri
  • Qüds, Raşidi xilafəti
Vətəndaşlığı
  •  Böyük Səlcuq imperiyası
Uşaqları
  • Sökmən bəy
Hərbi fəaliyyəti
Rütbəsi
  • general

Oğuzların Döğər boyundan olmuşdur.

Mündəricat

Anadoluda

Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir.

Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir. Bu yürüş zamanı o, ordunun qərərgah rəisi Fəxrəldövlə ibn Cahirlə mübahisəsi yarandı. Mübahisənin səbəbi ibn Cahirin Mərvanilərlə sülh imzalamaq istəməsi idi. Lakin Artuk bəy gözlənilməz hücumla Mərvaniləri məğlub etdi. Hər bir halda, Məlikşah bunu eşitdiyi zaman Artuk bəyə qəzəbləndi.

Suriyada

Artuk bəy döyüş meydanını tərk etdi və Məlikşahın kiçik qardaşı olan, onunla fikirləri uyuşmayan I Tutuşa qoşuldu. Bu hadisə 1084-cü ildə baş vermişdir. Artuk Suriyaya yollandı.

Artuk bəy 1086-cı ildə Tutuşun Qutalmışoğlu Süleyman məğlub edilməsində çox hümü rol oynadı. Süleyman Rum Səlcuqlu dövlətinin hökmdarı idi.

Qüdsdə

Qüdsü Tutuşdan iqta alan Artuk bəy öülümünə, yəni 1091-ci ilə qədər buranın canişini olmuşdur. Onun məzarı əl-Davadariya qapılarının yanında yerləşən xanəgahını ilə yanaşıdır. Bu qapılar hal-hazırkı Kral Faysal qapıları adlanır.

Populyar mədəniyyətdə

Türkiyə televiziya serialı olan Diriliş:Ərtoğrul-da Artuk bəy Ərtoğrul bəyin yaxın yoldaşı kimi təqdim edilir. Onu bu rolda türk aktyoru Ayberk Pekcan oynayır. Əslində isə, Artuk bəy Ərtoğrul bəydən çox əvvəl yaşamışdır.

Ədəbiyyat

  • Yücel, Yaşar; Sevim, Ali. Türkiye Tarihi Cilt I. Ankara: AKDTYK Yayınları. 1990.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artuq bəy haqqında məlumat. Artuq bəy nədir? Artuq bəy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Divizion

  • Fevral 25, 2026

    Hohensollernlər

  • Fevral 27, 2026

    Ərik

  • Fevral 27, 2026

    Oreadalar (Buqro)

  • Fevral 27, 2026

    Svaneti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst