Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Araz Hidayət oğlu Zeynalov (7 iyul 1961, Bakı – 3 avqust 2022, Bakı) — azərbaycanlı jurnalist, publisist.

Araz Zeynalov

  • Ana Səhifə
  • Vikipediya
  • Araz Zeynalov

Araz Hidayət oğlu Zeynalov (7 iyul 1961, Bakı – 3 avqust 2022, Bakı) — azərbaycanlı jurnalist, publisist.

Araz Zeynalov
Doğum tarixi 7 iyul 1961(1961-07-07)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 avqust 2022(2022-08-03) (61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Uşağı Orxan Zeynallı
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti publisist
Fəaliyyət illəri 1983–2022

Mündəricat

Həyatı

Araz Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində dünyaya gəlib. 1978–1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Hidayət Zeynalovun oğludur. O, həm də AiD kimi tanınan azərbaycanlı repçi Orxan Zeynallının atasıdır.

Fəaliyyəti

A. Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb. O, rusdilli vesti.az saytının ilk baş redaktoru olub. Uzun illər bu sayta rəhbərlik edib. 2012-ci ildə "Vesti.az" İnformasiya Agentliyi MMC-nin baş direktoru idi.

4 noyabr 2016-cı ildə "Vesti.Az" informasiya agentliyinin baş direktoru Araz Zeynalov və Pravda.Ru internet mediaxoldinqinin baş direktoru İnna Novikova görüş keçirmişdilər və informasiya əməkdaşlığına dair sənəd imzalamışdılar.

Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra, Araz Zeynalov bir müddət vesti.az saytının baş redaktorunun müşaviri kimi çalışıb.

Ölümü

Azərbaycanın bir neçə media təmsilçisi Araz Zeynalovun səhhətində yaranmış ağır vəziyyəti ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. Müraciətdən sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Araz Zeynalovun ailə üzvləri ilə görüşüb, onun səhhəti ilə maraqlanmışdı.

A. Zeynalov 2022-ci il avqustun 3-də Bakı şəhərində uzun sürən xəstəlikdən dünyasını dəyişib. Mətbuat Şurası ölümüylə əlaqədar nekroloq imzalayıb. Avqustun 4-də Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Xatirəsi

10 sentyabr 2022-ci il tarixində APA xəbər verdi ki, Araz Zeynalovun xatirəsinə APA TV tərəfindən 27 dəqiqəlik "Yaddaşın daimiliyi" sənədli film çəkilibdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Araz Zeynalov haqqında məlumat. Araz Zeynalov nədir? Araz Zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hellouin

  • Fevral 27, 2026

    Lill FK

  • Fevral 27, 2026

    Sarıqamış

  • Fevral 23, 2026

    9 oktyabr

  • Fevral 27, 2026

    Sırxavənd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst