Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüz

Aqqlütinativ dillər

  • Ana Səhifə
  • Vikipediya
  • Aqqlütinativ dillər

Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur.

F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər.

Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur.

Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur. Şəkilçisi olan, daha doğrusu, sözdüzəltmə və sözdəyişmə prosesləri şəkilçi morfemlərlə "mexanizmləşdirilən" digər dil tiplərindən fərqli olaraq aqqlütinativ dillərdə kök qrammatik vahid olmaqla, öz leksik və fonetik tərkibini həmişə mufahizə edir və şəkilçidən kənarda da mövcud olur. Bu dillərdə bütün söz kökləri sözə bərabər olur və müxtəlif lüğətlərdə müstəqil leksik vahidlər kimi qeyd olunur.

Aqlütinativ dillərdə, məsələn, Azərbaycan dilində bütün söz kökləri müstəqil leksik vahidlərdir, yəni müstəqil sözlərdir. Kökün söz olması üçün heç bir şəkilçiyə ehtiyac yoxdur. Şəkilçilər, bir qayda olaraq, sözdən kənarda olur, yəni sözə əlavə edilir. Məsələn, rus dilindəki "книга" sözünün Azərbaycan dilində leksik ekvalenti olan kitab sözünü nəzərdən keçirək. Rus dilində həmin sözü, deyək ki, yiyəlik halda işlətmək üçün onu dəyişdirməli oluruq: "книга-книги". Azərbaycan dilində isə qrammatik proses zamanı sözdə heç bir dəyişiklik baş vermir, sözə yalnız şəkilçi əlavə olunur: kitab+ın.

Aqlütinativ dillərdə kök kimi, şəkilçilər də spesifik xüsusiyyətləri ilə fərqlənir. Başqa tipli dillərdən fərqli olaraq aqqlütinativ dillərdə şəkilçilər təkmənalı olur, daha doğrusu, hər şəkilçi yalnız bir qrammatik məna daşıyır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aqqlütinativ dillər haqqında məlumat. Aqqlütinativ dillər nədir? Aqqlütinativ dillər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Mavi Nil

  • Fevral 27, 2026

    Solsberi

  • Fevral 27, 2026

    Hordeum depressum

  • Fevral 23, 2026

    Anglikanizm

  • Fevral 27, 2026

    Qalxanabənzər vəzi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst