Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sünəni-Əbu Davud (ərəb. سُنن أبي داود‎) — Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabın (Kütubi-Sittənin) üçün

Sünəni-Əbu Davud

  • Ana Səhifə
  • Vikipediya
  • Sünəni-Əbu Davud

Sünəni-Əbu Davud (ərəb. سُنن أبي داود‎) — Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabın (Kütubi-Sittənin) üçüncüsüdür.

Sünəni-Əbu Davud
ərəb. سنن أبي داود‎
Müəllif Əbu Davud
Orijinalın dili ərəb dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müəllifi Əbu Davuddur. Bu əsər də müəllifinə nisbətlə "Sünəni-Əbu Davud" adlandırılmışdır.

Mündəricat

Haqqında

Müəllif

Əbu Davud Məhəmməd ibn Süleyman İshaq ibn əl-Əzdi əs-Sicistani, h.q. 202-ci ildə Sicistanda doğulmuşdur. İlk təhsilindən sonra Nişapur, Kufə, Xorasan, Ərəbistan, Mesopotomiya, İran, Suriya və Misir kimi yerlərə səfər etmiş və elmini daha da artırmışdır. H.q. 275-ci ildə (M. 888) Bəsrədə vəfat etmişdir.

Əsər

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda, kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 5274 hədis yığmışdır.

Əsərə daxil olan kitablar

  1. Təharət
  2. Namaz (251 bab, 391–1160. hədis)
  3. İstisqa namazı (Yağış istəmək, 11 bab, 1161–1197. hədis)
  4. Səfər namazı (20 bab, 1198–1249. hədis)
  5. Nafilə namazı (27 bab, 1250–1369. hədis)
  6. Vitr (32 bab, 1416–1555. hədis)
  7. Həcc (97 bab, 1721–2045. hədis)
  8. Cihad (170 bab, 2477–2787. hədis)
  9. Ədəb (169 bab, 4773–5274. hədis)

Şərhləri

  1. Əbu Suleyman Həməd ibn Məhəmməd ibn İbrahim əl-Xəttabi, "Məalimus-sünən".
  2. Hafiz Cəlaləddin əs-Süyuti, "Mirqatus-suud alə sünən Əbu Davud".
  3. Əbül-Həsən Məhəmməd ibn Əbdül-Hadi əs-Sindi, "Fəthul-Vədud alə sünən Əbu Davud".
  4. Şəhabəddin Əhməd ibn İbrahim əl-Məqdisi, "Ucələtul-alim min kitabil-məalim".
  5. Əl-Munziri, "əl-Addul-məvrud fi həvaşi Əbi Davud".
  6. Məhəmməd Şəmsul-Haqq əl-Azimabadi, "Əvnül-məbud fi şərhi-sünən Əbu Davud".
  7. Məhəmməd Şəmsul-Haqq əl-Əzimabadi, "Qayətül-məqsud fi şərh Sünən Əbi Davud".

Nəşrləri

Kitab Anar İsrafilov, Arif Hacıyev, Qabil Şükürov, Tural Hacıyev və Rəşad Hümbətov tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :

  • Səhih Sünən Əbu Davud, "Şərq-Qərb", 2012, 848 səh., ISBN 978-9952-34-843-9

Kitab türk dilinə tərcümə olunub və nəşr olunub :

  • "Sünen-i Ebu Davud", çeviren : Necati Yeniel; Hüseyin Kayapınar, "Şamil" Yayınları, İstanbul, 16 cilt. (oxu 2012-07-11 at the Wayback Machine)

Həmçinin bax

  • Kutubi-sittə
  • Səhihi Buxari
  • Səhihi Müslim
Vikimənbədə bu mətnin orijinalı var.
Bax: Sünəni Əbu Davud

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sünəni-Əbu Davud haqqında məlumat. Sünəni-Əbu Davud nədir? Sünəni-Əbu Davud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Memento mori

  • Fevral 27, 2026

    Döyüş arabası

  • Fevral 27, 2026

    Apollon 8

  • Fevral 27, 2026

    Vəli Xuluflu

  • Fevral 27, 2026

    Oka çayı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst