Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986, London) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır.
| Antoniya Tomas | |
|---|---|
| ing. Antonia Thomas | |
![]() Tomas 2010-cu ildə | |
| Doğum adı | Antonia Laura Thomas |
| Doğum tarixi | 3 noyabr 1986 (39 yaş) |
| Doğum yeri | |
| Fəaliyyəti | kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d] |
| Fəaliyyət illəri | 2009-cu ildən |
| IMDb | ID3687902 |
| antonia-thomas.net | |
Karyerası
Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür. 2012-ci ildə Antonia Tomas Misfits serialında iştirakı bitirir. 2012-ci ildə Antonia Tomas Coldplay qrupunun Charlie Brown klipində çəkilir. Hal-hazırda Antonia Tomas İngiltərədə yeni filmlərdə çəkilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Antoniya Tomas haqqında məlumat. Antoniya Tomas nədir? Antoniya Tomas nə deməkdir?
