Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anton Qriqoryeviç Rubinşteyn (Rusca:Антóн Григóрьевич Рубинштéйн), (28 noyabr, 1829 – 20 noyabr 1894) Rus pianoçu, bəstəkar və dirijoru. Sankt-Peterburq konserv

Anton Rubinşteyn

  • Ana Səhifə
  • Vikipediya
  • Anton Rubinşteyn

Anton Qriqoryeviç Rubinşteyn (Rusca:Антóн Григóрьевич Рубинштéйн), (28 noyabr, 1829 – 20 noyabr 1894) Rus pianoçu, bəstəkar və dirijoru. Sankt-Peterburq konservatoriyasının qurucusu.

Anton Rubinşteyn
rus. Антон Рубинштейн
Ümumi məlumatlar
Doğum tarixi 16 (28) noyabr 1829(1829-11-28)[…]
Doğum yeri
  • Ofatints[d], Balta qəzası[d], Podolsk quberniyası[d], Rusiya imperiyası[…]
Vəfat tarixi 8 (20) noyabr 1894(1894-11-20)[…] (64 yaşında) və ya 8 noyabr 1894(1894-11-08) (64 yaşında)
Vəfat yeri
  • Peterhof, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti klassik musiqi bəstəkarı, pianoçu, dirijor, musiqişünas, musiqi pedaqoqu, universitet müəllimi[d], bəstəkar
Janrlar opera, simfoniya, romantizm
Musiqi aləti piano
Mükafatları elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anton Rubinstein

Həyatı

Rus pianoçusu və bəstəkarı Anton Rubenşteyn 1829-cu il noyabrın 28-də Sankt-Peterburqda anadan olub. O, həm də Rusiya musiqi tarixinə ilk orkestrin və konservatoriyanın qurucusu kimi düşüb. Onun anası pianoçu idi. Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadüfi deyildi. İlk pianino dərslərini də bəstəkar məhz anasından alıb. Lakin, əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar. 1844-cü ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilini davam etdirir. 4 il sonra vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır. 1854–58-ci illər isə Rubenşteynə şöhrət gətirən müddət oldu. Belə ki, o, öz əsərlərini Avropa ölkələrində ifa edərək konsertlər verirdi.

Silsilə konsertlər ona şöhrət gətirdi. Lakin, bəstəkar şöhrətdə batmadı…1862-ci ildə öz vətənində konservatoriyanın açılmasına nail oldu.

1872–1873-cü illər bəstəkarın Amerika Birləşmiş Ştatlarına səfəri ilə yadda qalır. Bir il ərzində Rubenşteyn Amerika musiqisi ilə yaxından tanış olur, hətta, burda bir çox bəstəkarlarla işbirliyinə imza atır. Alman romantizmi isə daim onun yaradıcılığında özünü büruzə verirdi.

Bəstəkar öz əsərləri ilə tamaşaçılara elə bir duyğu bəxş edirdi ki, sanki insan ruhu göylərdə uçurdu.

Ümumiyyətlə, rus musiqisində qərb meyllərinin izləri Antonun əsərlərində nəzərə çarpırdı. O, Avropa ölkələrində yetərincə sevilən və şöhrətlənən 19 operanın müəllifi kimi də tarixdə öz izini qazanıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anton Rubinşteyn haqqında məlumat. Anton Rubinşteyn nədir? Anton Rubinşteyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şanagüllə

  • Fevral 27, 2026

    Bidzina İvanişvili

  • Fevral 27, 2026

    Faruq Sümer

  • Fevral 27, 2026

    Diplomatik korpus

  • Fevral 27, 2026

    Yasəmin Öztürk

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst