Bidzina Qriqoryeviç İvanişvili (gürc. ბიძინა ივანიშვილი; 18 fevral 1956, Çorvila[d], İmereti) — Gürcüstan siyasi və dövlət xadimi, 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstan Respublikasının Baş Naziri.
| Bidzina İvanişvili | |
|---|---|
| gürc. ბიძინა ივანიშვილი | |
| |
| 25 oktyabr 2012 – 20 noyabr 2013 | |
| Sonrakı | İrakli Qaribaşvili |
| Şəxsi məlumatlar | |
| Doğum adı | ბიძინა ივანიშვილი |
| Doğum tarixi | 18 fevral 1956 (70 yaş) |
| Doğum yeri | |
| Partiya | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, iş adamı, sahibkar, iqtisadçı |
| Dini | Gürcü Ortodoks Kilsəsi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
![]() | |
Həyatı
İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspirantura təhsili alıb. Gürcüstanın "Kartu" bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. "Unikor" qrupunun sahibi, iqtisad elmləri namizədi.
2011-ci ildən siyasətlə məşğuldur. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bildi.
Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini "Forbes" jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır.
Gürcüstan baş naziri ola bilmək üçün, İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxdı və təkrar Gürcüstan vətəndaşlığı verildi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bidzina İvanişvili haqqında məlumat. Bidzina İvanişvili nədir? Bidzina İvanişvili nə deməkdir?

