Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antiseptika (anti… + yun. σηπτιχός – irinli) – yarada, pataloji ocaqda və tam orqanizmdə mikrobların məhv edilməsi üçün tədbirlər kompleksi. Hələ qədim dövrlərd

Antiseptika

  • Ana Səhifə
  • Vikipediya
  • Antiseptika

Antiseptika (anti… + yun. σηπτιχός – irinli) – yarada, pataloji ocaqda və tam orqanizmdə mikrobların məhv edilməsi üçün tədbirlər kompleksi. Hələ qədim dövrlərdə həkimlər yaranı zərərsizləşdirmək üçün közərmiş dəmirdən, qaynar yağdan istifadə etmişlər. Antiseptikanın elmi əsası L. Pasterin əsərlərində qoyulmuşdur. C. Lister yaranın irinləməsini izah etmiş və antiseptika üsulunu təklif etmişdir (1867). Antiseptika aseptika ilə birlikdə müasir cərrahiyyənin əsasını təşkil edir. Antiseptikanın mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq növləri var. Yarada mikrobların miqdarını azaltmaq, onların həyat fəaliyyəti üçün əlverişsiz şərait yaratmaq üçün yaranın cərrahi işlənməsi – yad cisimlərin, ölmüş və infeksiyalaşmış toxumaların mexaniki təmizlənməsi, şişkinlik və ciblərin açılması, yuyulması və s. tədbirlər yara infeksiyalarının müalicəsində mühüm rol oynayır. Fiziki antiseptikada yara sekretini soran hiqroskopik sarğılar, yara ifrazatını sarğıya çəkən hipertonik məhlullar, habelə ultrasəs, ultrabənövşəyi şüalar tətbiq edilir. Kimyəvi antiseptika üçün bakterisid və ya bakteriostatik təsirə malik kimyəvi maddələr istifadə olunur. Bioloji antiseptikada bilavasitə mikrob hüceyrəsinə (antibiotiklər), onun toksininə (antitoksinlər), yarada təsir göstərən (proteolitik fermentlər), yaxud makroorqanizmin immunitetini artıran müxtəlif, preparatlar (vaksinlər, immunoqlobulinlər, anatoksinlər) işlədilir. Antimikrob effekti artırmaq üçün müxtəlif antiseptik növlərinin qarışığından istifadə etmək lazımdır.

Həmçinin bax

  • Antiseptiklər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Antiseptika haqqında məlumat. Antiseptika nədir? Antiseptika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İjon-Piser Sullyet

  • Fevral 27, 2026

    Səfa Cəmiyyəti

  • Mart 01, 2026

    Hakan Ünsal

  • Fevral 27, 2026

    Hirkan

  • Fevral 27, 2026

    Pasxa adası

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst