Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İvan Ayvazovski (rus. Иван Константинович Айвазовский, erm. Հովհաննես Այվազովսկի; 17 (29) iyul 1817 və ya 29 iyul 1817, Feodosiya, Tavriya quberniyası[d][…] – 1

İvan Ayvazovski

  • Ana Səhifə
  • Vikipediya
  • İvan Ayvazovski

İvan Ayvazovski (rus. Иван Константинович Айвазовский, erm. Հովհաննես Այվազովսկի; 17 (29) iyul 1817 və ya 29 iyul 1817, Feodosiya, Tavriya quberniyası[d][…] – 19 aprel (2 may) 1900[…], Feodosiya, Tavriya quberniyası[d][…]) — erməni əsilli rus rəssamı. Ayvazovskinin əsərlərinin yarıdan çoxunu dəniz mənzərələri təşkil edir. İvan Ayvazovski ümumdünya rəssamların arasında ən yaxşı dəniz mənzərələri yaradan rəssam hesab olunur.

İvan Ayvazovski
Հովհաննես Այվազովսկի
Иван Константинович Айвазовский
Doğum adı Հովհաննես Այվազյան
Doğum tarixi 17 (29) iyul 1817(1817-07-29) və ya 29 iyul 1817(1817-07-29)
Doğum yeri
  • Feodosiya, Feodosiya qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası[…]
Vəfat tarixi 19 aprel (2 may) 1900(1900-05-02)[…] (82 yaşında)
Vəfat yeri
  • Feodosiya, Feodosiya qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası[…]
Milliyyəti erməni
Fəaliyyəti rəssam, vizual incəsənət rəssamı, rəsm kolleksiyaçısı[d]
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası (1833–1837)
Janrlar Marina, peyzaj, batal janrı, janr rəssamlığı, tarix rəssamlığı, portret, dini rəssamlıq[d], mifologiya rəssamlığı, romantizm
Stil romantizm
Tələbəsi Arxip Kuinci
Üzvlüyü
  • İmperator Rəssamlıq Akademiyası,
  • Rusiya Coğrafiya Cəmiyyəti
Mükafatları "Osmaniyə" ordeni Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1857 1-ci dərəcəli "Məcidiyyə" ordeni
İmperator Rəssamlıq Akademiyasının böyük qızıl medalı — 1837
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İvan Ayvazovski Krımda Qaradənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gəlmişdi. Simferopolda təhsil aldığı zaman, rəssamlıq qabiliyyətinə görə I Nikolay tərəfindən Sankt-Peterburq şəhərinə rəssamlıq təhsili almağa göndərilmişdir. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. İllərlə davam edən səyahətlər zamanı müxtəlif ölkələrdə sərgiləri açılmışdı. Həmin dövrdə İvan Ayvazovski Avropada ən məşhur rus rəssamı hesab olunurdu. Ayvazovskinin 1844-cü ildə Rusiya imperiyasına geri qayıtmasından sonra bu ölkənin hərbi donamasında işləməyə başladı. İşi ilə əlaqədər, olaraq Ayvazovskinin bir çox əsərləri dəniz mənzərələri təşkil etmişdir.

Fırtınaya düşmüş Meri. 1892. Yağlıboya. Ayvazovski Sənət Qalereyası, Feodosiya, Krım

1845-ci ildə Ayvazovski Osmanlı İmperiyasının paytaxtı İstanbul şəhərinə gəlmişdir. Burada sultan I Əbdülməcid tərəfindən Bəylərbəyi sarayında qarşılanmışdır. 1845–1890-cı illər ərzində Ayvazovski İstanbul şəhərinə dörd dəfə gəlmişdir. 1874-cü ildə ki, səfəri zamanı erməni əsilli memar Sarkis Balyanın Quruçeşmə adasında yerləşən malikanəsində bir aya yaxın qalmışdır. Burada qonağ olduğu bir ay ərzində I Əbdülməcid tərəfindən Dolmabağça sarayı üçün sifariş olunan tabloların hazırlanması ilə məşğul olmuşdur. 1890-cı ildə İstanbulla son səfəri zamanı sultan II Əbdülhəmidlə görüşündə Ayvazovski sultana iki əsərini hədiyyə etmişdir. 5 mindən çox tablo müəllifi olan Ayvazovskinin əsərləri dünyanın müxtəlif muzeylərində saxlanılır. Dolmabağça sarayı, Dəniz muzeyi, Hərb muzeyi, İrəvan dövlət muzeyi və Rum Ortodoks Patrikxanasında Ayvazovskinin əsərlərinin bir hissəsi saxlanmaqdadır. Bir qrup əsərləri isə şəxsi arivlərdə qorunur.

Qalereya

  • Sandal
    Sandal
  • Dənizdə Qafqaz mənzərəsi
    Dənizdə Qafqaz mənzərəsi
  • Dənizdə qəza
    Dənizdə qəza
  • Balıqçılar sahildə
    Balıqçılar sahildə
  • Balıqçı qayıqları limanda
    Balıqçı qayıqları limanda
  • Merkuri
    Merkuri
  • Alatoran və dəniz
    Alatoran və dəniz
  • Gecə səyahəti
    Gecə səyahəti
  • Petro
    Petro
  • Sinop
    Sinop
  • Fırtına
    Fırtına
  • Dənizdə fırtına
    Dənizdə fırtına
  • Xilas olunanlar
    Xilas olunanlar
  • Doqquzuncu dalğa
    Doqquzuncu dalğa
  • Qafqaz
    Qafqaz
  • Odessa limanı
    Odessa limanı
  • Ayı Dağ
    Ayı Dağ
  • Yeldəyirmanının peyzajı
    Yeldəyirmanının peyzajı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvan Ayvazovski haqqında məlumat. İvan Ayvazovski nədir? İvan Ayvazovski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bell-LaPadula model

  • Fevral 27, 2026

    Mursiya (şəhər)

  • Mart 01, 2026

    Malveae

  • Fevral 27, 2026

    Bolqarçay

  • Fevral 24, 2026

    Dualizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst