Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-di

Antarktida tarixi

  • Ana Səhifə
  • Vikipediya
  • Antarktida tarixi

Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür.

Antarktida
Ümumi məlumat
Sahəsi: 14,4 mln km2
Ölkə sayı: 0
Əhali: 1.106
Ən uzun çayı: Oniks çayı
Ən böyük gölü: Vostok
Ən hündür nöqtəsi: Vinson massivi (5140m)
Şimal ucqar nöqtəsi: Sifre burnu

Tarixi

Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar.

Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.

1773-cü ilin yanvar ayında ingilis dəniz səyyahı Ceyms Kuk ilk dəfə olaraq iki yelkənli gəmidə (462 ton su tutumu olan "Rezolyuşen" — Kapitan C. Kuk və 336 ton su tutumu olan "Advenger" — kapitan T. Fyurno) Cənub Qütb dairəsini keçərək rekord enliyə — 71°10′-ə qədər getmiş və burada üzən böyük aysberqə rast gəlmişdi.

Antarktida dənizini ilk keçənlər suiti ovuna çıxan səyyahlar olmuşlar. Onlar Antarktida materikinə yaxınlaşsalar da materikin yaxınlığındakı buzlaq adalarını, onların forma və ölçülərini tam öyrənmişlər. Sonralar bu səyyahların çoxunun adı Antarktida materikində müxtəlif yerlərə verilmişdir. (Kerqelen, Palmer, Bisko, Uedell, Kemp və s.).

XIX əsrin 40-cı illərində suiti ovu onların sayının kəskin surətdə azalmasına səbəb olmuş və ovçu-səyahətçilər risk etməyin mənasız olduğunu düçünərək 30 ilə yaxın bir müddətə (1840-cı və 1870-ci illərdə) Antarktida sahillərinə səyahət etməmişlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Antarktida tarixi haqqında məlumat. Antarktida tarixi nədir? Antarktida tarixi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qınıq tayfası

  • Fevral 23, 2026

    7 dekabr

  • Fevral 27, 2026

    Fridrix Merts

  • Fevral 27, 2026

    Atlant (mifologiya)

  • Mart 01, 2026

    Kumıklar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst