Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə An

Anqara

  • Ana Səhifə
  • Vikipediya
  • Anqara

Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay.

Anqara
Ангара
Xəritə
Ölkə
  •  Rusiya
Regionlar
  • İrkutsk vilayəti,
  • Krasnoyarsk diyarı
Mənbəyi Baykal
Mənsəbi Yenisey vadisi
Uzunluğu
  • 1.779 km
Su sərfi 4.518 m³/san
Hövzəsinin sahəsi 1.039.000 km²
Anqara (Sibir federal dairəsi)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Anqara çayı Sibirın fiziki xəritəsində:

51°52′00″ şm. e. 104°49′10″ ş. u.HGYO

58°06′ şm. e. 93°00′ ş. u.HGYO
DSR?! 16010100112116200000012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adın etimologiyası

Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır.

Ümumi məlumat

Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir. Burada çay dərəsinin eni 3–5 km-dir (Motıgino qəsəbə yaxınlığında 10 km-ə çatır). Anqara çayı hövzəsində ümumi uzunluq təqribən 220 min km-ə bərabər 51 minə yaxın çay var; 93%-nin uzunluğu 10 km-dən azdır. Əsas qolları: soldan – İrkut, Kitoy, Belaya, Oka, İya, Kova, Mura, Taseyeva, sağdan – İlim, Çadobes, İrkineyeva. Anqara göl suyundan başqa qar və yağış suları ilə də qidalanır. Su rejimi Baykal gölü və su anbarları (İrkutsk, Bratsk, Ust-İlim) vasitəsilə tənzimlənir. İllik su axımı həcminin (140 km3) 43%-i Baykal gölünün payına düşür. Ortaillik su sərfi yuxarı axımında (Nikola kəndi yaxınlığında) 1730 m³/san, aşağıda (Tatarka kəndi yaxınlığında) 4400 m³/san-dir. Aşağı axınında oktyabrın sonu – noyabrın əvvəllərində, Bratsk və Ust-İlim su anbarlarında isə noyabr–dekabr aylarında donur. Mayın 1-ci yarısında donu açılır. Anqara çayı hövzəsində ümumi sahəsi 37,4 km2 olan 6 minə yaxın göl var. Anqara mənbəyindən mənsəbinə qədər gəmiçiliyə yararlıdır (SES bəndlərində ara verməklə). Anqara üzərində yeni Boquçan SES-i tikilir. İrkutsk, Anqarsk, UsolyeSibirskoe, Bratsk, Ust-İlimsk şəhərləri Anqara sahilindədir. Balıqla (çökə, nərə, xarius, nalim, alabalıq və s.) zəngindir.

Həmçinin bax

  • Anqara çayı haqqında əfsanə

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anqara haqqında məlumat. Anqara nədir? Anqara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mişkolç

  • Fevral 27, 2026

    Telanqana

  • Fevral 28, 2026

    Osmanlı musiqisi

  • Fevral 27, 2026

    Bazu kələfi

  • Fevral 27, 2026

    ATV Plus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst