Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyniyyə məscidi və ya Tatlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1886-cı ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Hüseyniyyə məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyniyyə məscidi

Hüseyniyyə məscidi və ya Tatlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1886-cı ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Hüseyniyyə məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Hüseyn Cavid küçəsi
Tikilmə tarixi 1825
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti qəzalı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3983
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
40°40′51″ şm. e. 46°21′26″ ş. u.HGYO
Xəritə
Hüseyniyyə məscidi (Gəncə)
Nöqtə
Hüseyniyyə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

Haqqında

Tarixi

Hüseyniyyə məscidi 1886-cı ildə Gəncə şəhərinin Sofulu məhəlləsində tikilib. Məscidin yerini Azərbaycan hakimi və Qacar taxt-tacının varisi Bəhmən Mirzə Qacarın qızı Səbiyyə xanım vəqf edib. O dövrdə Gəncə və ətraf ərazilərdə yaşayan cənubi azərbaycanlılara "tat" deyilirdi. Məscid üçün torpağı da Səbiyyə xanım vəqf etdiyi üçün yerli sakinlər məscidə "Tatlar" məscidi də deyiblər. Məscidin kitabələrinin birində bu haqda mlumat verilib. Kitabədə yazılıb:

" Bu məscidin yerini, öz mülkündən, torpağından şahzadə Bəhmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikintisinə xərc çəkiblər. "

Həmid bəy Yusifbəyli 1898-ci ildə Gəncədə öz evində kitabxana yaradıb. Həmin kitabxana 1899-cu ildə Puşkinin 100 illik yubileyi münasibətilə Hüseyniyyə məscidinin otaqlarından birinə köçürülüb. Bu kitabxananın zənginləşməsində Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə, Kərim bəy Mehmandarov, S. A. Rüstəmbəyli, Ş. S. Şahmalıyev, Hacı Mirzə Rəfiyev, İ. L. Səyad, Y. İ. Sizenskaya və başqaları köməklik göstəriblər. Qısa müddətdə buradakı kitabların sayı 700-ü ötüb. Oxucuların sayı 1200 nəfəri keçib.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.

Məsciddə Mərkəzləşmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı fəaliyyət göstərib.

Məscidin 1303-cü (1886) ildə tikildiyi mehrabındakı kitabədə göstərilmişdir. Abidənin mehrabında hələlik yaxşı oxunan üç kitabə var. Qara yazıların yerliyi qızılı rəngdədir. cənub, qərb və Şərq istiqamətində olan divar kitabələrinin yazı tərzinin bir nəfərə məxsus olduğunu xəttin eyni qurluşa malikliyiylə müəyyənləşdirmək mümkündür. Minbərin qərb tərəfindəki kitabənin, birinci iki xətti ərəb və sonradan gələn sətirlər Azərbaycan dilindədir. Birinci və ikinci xətlərdə deyilir ki, abidənin mehrabını təbrizli müəllim, elmə qiymət verən Axund Molla Əsədulla oğlu 1321-ci (1906) ildə yazılarla bəzəmişdir. Azərbaycan dilində olan bu yazı bir bənd bu şerdən ibarətdir:

Memarlığı

Məscidin binası qırmızı kərpic və çay daşından tikilib. Kiçik və böyük pəncərələri olan ibadətgah bir neçə otaqdan ibarətdir.

Binanın içərisində mehraba yaxın divarın qərb hissəsində nəbati ornamentlər olub. Bəzi tədqiqatçıların fikrinə görə məscidin interyerində nəbati ornamentlərin olması, pəncərələrin böyüklüyü abidənin əvvəlcə məscid kimi yox, mədrəsə, mehmanxana kimi tikildiyini düşünməyə əsas verir. Çünki Şərqdə dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi. Halbuki bu binadan uzun müddət məscid kimi istifadə edilib. Mehrabın zehlərindəki yazılar da bunu sübut edir. Abidənin mehrabı əyri çıxıb. Bu haqda məscidin minbərinin qərb tərəfində olan kitabədə Azərbaycan dilində şeir var:

" Memar çox olmaqdan bənnaları ləc düşdü,

Hər kəs çəkib öz nəqşin, ta qibləsi gəc düşdü.

Barmaq qədəri meyil et, sol səmtinə mehrabın,

Kim, qiblə gəc olmaqdan tarixi ğəşəc düşdü.

"

Şəkilləri

  • Hüseyniyyə məscidi (XIX əsrin 2-ci yarısı)
    Hüseyniyyə məscidi (XIX əsrin 2-ci yarısı)
  • Hüseyniyyə məscidi
    Hüseyniyyə məscidi

Həmçinin bax

  • Sofulu məhəlləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyniyyə məscidi haqqında məlumat. Hüseyniyyə məscidi nədir? Hüseyniyyə məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toy

  • Fevral 27, 2026

    Kansu Qavri

  • Fevral 27, 2026

    İrtış

  • Fevral 27, 2026

    Abatiya

  • Fevral 27, 2026

    Obuda Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst