Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665 və ya 6 fevral 1665, Sent-Ceyms sarayı, Böyük London regionu[d] və ya London – 1 (12) avqust 1714 və ya 1 avq

Anna Stüart

  • Ana Səhifə
  • Vikipediya
  • Anna Stüart

Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665 və ya 6 fevral 1665, Sent-Ceyms sarayı, Böyük London regionu[d] və ya London – 1 (12) avqust 1714 və ya 1 avqust 1714, Kensinqton, Midlseks[d] və ya London) — İngiltərə, Şotlandiya və İrlandiyanın, 1 may 1707-ci ildə bağlanan uniyanın ardından Böyük Britaniya krallığının kraliçası.

Anna Stüart
ing. Anne Stuart
Şotlandiya monarxı
8 (19) mart 1702 – 1 (12) may 1707
ƏvvəlkiIII Vilhelm
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 6 (16) fevral 1665(1665-02-16) və ya 6 fevral 1665(1665-02-06)
Doğum yeri
  • Sent-Ceyms sarayı, Vestminster borosu, Böyük London, Böyük London regionu[d], İngiltərə və ya
  • London, İngiltərə krallığı
Vəfat tarixi 1 (12) avqust 1714(1714-08-12) (49 yaşında) və ya 1 avqust 1714(1714-08-01) (49 yaşında)
Vəfat yeri
  • Kensinqton, Midlseks[d], İngiltərə, Böyük Britaniya krallığı və ya
  • London, İngiltərə, Böyük Britaniya krallığı
Vəfat səbəbi insult
Dəfn yeri
  • Vestminster abbatlığı
Atası II Ceyms[…]
Həyat yoldaşı
  • Corc (Danimarka şahzadəsi) (1683)[…]

Monoqram Monoqramın şəkli
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna və bacısı Mariya qatı protestant olan əmisi II Karlın səltənətində dünyaya gəldi. Əmisinin övladı olmadığı üçün ataları Ceyms İngiltərə taxtının vəliəhdi elan edilmişdi. Ancaq onun katolik inancına mənsub olması ölkədə tərəfdar itirməsinə səbəb olmuşdu. Bu səbəblə hər iki qız əmiləri II Karlın himayəsində əsl anqlikan-protestant olaraq böyüdüldülər. Yenə əmisinin istəyilə Mariya 1677-ci ildə protestant olan bibisi oğlu Oranjlı Vilhelmlə, Anna isə 1683-cü ildə yenə protestant-lüteran olan Danimarka kralı III Fridrixin oğlu Corcla evləndirildi. 1685-ci ildə II Karl vəfat etdi və varisi olan qardaşı Ceyms taxta çıxdı. Ancaq cəmi 3 il sonra baş tutan Şanlı inqilabla taxtdan devrilərək Fransaya qaçdı. Kralın böyük qızı Mariya və əri Oranjlı Vilhelm İngiltərənin ortaq monarxları olaraq taxta çıxarıldılar. Anna və bacısının münasibətləri yaxşı olsa da, Mariyanın taxta çıxmasının ardından yaranan vəliəhdlik və saradakı sosial status məsələləri iki bacının münasibətlərini korladı. Oranjlı Vilhelm və Mariyanın övladı olmadı. Bacısının 1694-cü ildə vəfatının ardından Oranjlı Vilhelm 1702-ci ildəki vəfatınadək İngiltərədəki hakimiyyətini təkbaşına davam etdirdi. Onun ölümündən sonra isə Anna Stüart İngiltərə, İrlandiya və Şotlandiya taxtlarına sahibləndi.

Anna Stüart səltənəti boyunca anqlikan dini ünsürlərini daha qabrıq təbliğ edən tori siyasi partiyasını dəstəklədi. Belə ki, İspaniya mirası uğrunda gedən mübarizə əsnasında güclənən viq siyasilərinin bir çoxu kraliçanın əmriylə 1710-cu ildə vəzifədən alındılar. Həssas səhhəti olan Anna Stüartın sağlamlığı 30 yaşlarından etibarən daha da pisləşdi və ifrat kökəlməyə başaldı. 17 dəfə hamilə qalmasına baxmayaraq həyatda qala bilən övladı olmadı və Stüart sülaləsinin son monarxı olaraq tarixə düşdü. Bütün katoliklərin taxt hüquqlarını əlindən alan 1701 tarixli andlaşmaya əsasən, onun yerinə Hannover sülaləsindən I Corc taxta çıxdı. Belə ki, Anna Stüartın atası ilə I Corcun anası İngiltərə kralı I Ceymsin nəvələri idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anna Stüart haqqında məlumat. Anna Stüart nədir? Anna Stüart nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    IV Eduard

  • Fevral 27, 2026

    Hefest

  • Fevral 27, 2026

    Avtomobil qəzası

  • Fevral 27, 2026

    Zuqdidi

  • Fevral 27, 2026

    Kəmər (paltar)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst