Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anna Qurbanova Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. 2003-cü ildə Budapeşt şəhərində (Mac

Anna Qurbanova

  • Ana Səhifə
  • Vikipediya
  • Anna Qurbanova

Anna Qurbanova (24 sentyabr 1986, Moskva) — Azərbaycanı təmsil edən bədii gimnast.

Anna Qurbanova
Anna Qurbanova 2009-cu ildə
Anna Qurbanova 2009-cu ildə
Şəxsi məlumatlar
Tam adı Anna Rüstəmovna Qurbanova
Vətəndaşlığı Rusiya Rusiya →
Azərbaycan Azərbaycan
Doğum tarixi 24 sentyabr 1986(1986-09-24) (39 yaş)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Boyu 166 sm. (5 ft 6 in)
İdman növü Bədii gimnastika
Məşqçisi Mariana Vasileva
Medallar
Dünya Çempionatı
Bürünc 2007 YunanıstanKomanda
Bürünc 2009 YaponiyaKomanda
Bürünc 2010 RusiyaKomanda
Avropa Çempionatı
Bürünc 2007 AzərbaycanKomanda
Gümüş 2009 AzərbaycanKomanda
Bürünc 2009 AzərbaycanTop
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Anna Qurbanova Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. 2003-cü ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Dünya Çempionatının nəticələrinə əsasən əslində Dinarə Gimatova olimpiya lisenziyasına sahib olsa da, avqustda Patras şəhərində (Yunanıstan) təlim-məşq toplanışları zamanı Dinarə Gimatovanın ayağı burxuldu və yığmanın məşqçiləri onu 17 yaşlı Anna Qurbanova ilə əvəzlədi.

Anna Qurbanova Afina Olimpiadasında avqustun 26-da mübarizə apardı. Anna Qurbanova təsnifat mərhələsinin birinci günündə halqa ilə proqramda 22.775 bal, top ilə proqramda isə 23.525 bal topladı. Təsnifat mərhələsinin birinci günündən sonra Anna Qurbanova 46.300 balla 14-cü pillədə qərarlaşdı. Təsnifat mərhələsinin növbəti günündə Anna Qurbanova gürzlərlə proqramda 22.800 bal, iplə proqramda isə 23.200 bal topladı. Ümumi nəticədə Anna Qurbanova turniri 92.300 balla 24 gimnast sırasında 14-cü pillədə başa vurdu.

Karyerası ərzində Anna Qurbanova birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu. Həmin Dünya Çempionatını Anna Qurbanova 15-ci pillədə başa vurdu. Bu nəticələrə əsasən Anna Qurbanova olimpiya lisenziyası üçün tələb olunan pillədə qərarlaşsa da, bir Milli Olimpiya Komitəsini olimpiada da ancaq 2 idmançı təmsil edə bilərdi. Belə olan halda 6-cı pillənin sahibi Aliyə Qarayeva və 14-cü pillənin sahibi Dinarə Gimatova olimpiya lisenziyasına sahib oldu.

2008-ci ildə olimpiadada çıxış eləməyən Anna Qurbanova 2009-cu ildə Avropa və Dünya Çempionatlarında növbəti uğurlarına imza atdı. Mayda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlıdan ibarət Azərbaycan yığması turnirin gümüş medallarına sahib oldu. Fərdi turnirlərdə isə Anna Qurbanova topla proqramda 27.850 bal topladı və Avropa Çempionatını bürünc medalla başa vurdu. Sentyabrda Yaponiyanın İse şəhərində baş tutan Dünya Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlıdan ibarət Azərbaycan yığması növbəti dəfə Dünya Çempionatını bürünc medalla başa vurdu.

Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə də medallara sahib olan Anna Qurbanova 2010-cu ilin sentyabrında Rusiyada baş tutan Dünya Çempionatında Aliyə Qarayeva və Samirə Mustafayevanın da olduğu Azərbaycan yığması ilə birgə turniri bürünc medalla başa vurdu. Ardıcıl üç Dünya Çempionatında bürünc medala sahib olan Anna Qurbanova 2011-ci ildə 25 yaşında idmanla vidalaşdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anna Qurbanova haqqında məlumat. Anna Qurbanova nədir? Anna Qurbanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azıx (Xocavənd)

  • Fevral 27, 2026

    Pepe (futbolçu)

  • Fevral 27, 2026

    Ərəb dənizi

  • Fevral 28, 2026

    Rusiya ordusu

  • Fevral 27, 2026

    Faktorizasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst