Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anna Boleyn (ing. Anne Boleyn; 1507[…] – 19 may 1536, London qalası) — İngiltərə kralı VIII Henrinin ikinci xanımı, İngiltərə kraliçası.

Anna Boleyn

  • Ana Səhifə
  • Vikipediya
  • Anna Boleyn

Anna Boleyn (ing. Anne Boleyn; 1507[…] – 19 may 1536, London qalası) — İngiltərə kralı VIII Henrinin ikinci xanımı, İngiltərə kraliçası.

Anna Boleyn
ing. Anne Boleyn
İngiltərə kraliçası
28 may 1533 – 17 may 1536
Şəxsi məlumatlar
Doğum adı Anne Boleyn
Doğum tarixi 1507(1507)[…]
Vəfat tarixi 19 may 1536(1536-05-19) (28–29 yaşında)
Vəfat yeri
  • London, İngiltərə krallığı
Vəfat səbəbi başın kəsilməsi[d]
Fəaliyyəti əsilzadə, məşuqə[d]
Həyat yoldaşı
  • VIII Henri (1533–1536)
Uşaqları
  • I Yelizaveta
Dini anqlikanizm[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sonralar Viltşir qrafı olan Tomas Boleyn və Yelizaveta Hovardın qızı olub, Hollandiya və Fransada təhsil aldı. 1522-ci ilin əvvəllərində İngiltərəyə qayıtdı və VIII Henrinin xanımı Araqonlu Ketrinin nədiməsi olaraq saraya daxil oldu. 1526-cı ilin mart ayından etibarən VIII Henriylə eşq yaşamağa başladı. Üstəlik bacısı Mariya Boleyn də kralın məşuqələrindən biri idi. Ancaq sarayda məşuqə olaraq yaşamaq istəməyən Anna Boleyn kralı xanımından boşanmağa məcbur etdi. Bu isə Roma-Katolik kilsəsi və Araqonlu Ketrinin bacısı oğlu olan V Karlın təzyiqi altındakı Roma papası tərəfindən qəbul edilmədi. Uzun hüquqi və siyasi mübarizənin ardından 14 noyabr 1532-ci ildə gizlicə, 25 yanvar 1533-cü ildə isə rəsmi mərasimlə VIII Henriylə evləndi. Nəticədə İngiltərə kilsəsi və Roma-Katolik kilsəsi arasındakı münasibətlər kəsildi və kral İngiltərə kilsəsinin idarəsini ələ aldı.

1 iyun 1533-cü ildə tacqoyma mərasimi keçirilən Anna Boleyn 7 sentyabrda yeganə övladı Yelizavetanı dünyaya gətirdi. Daha sonrakı tarixlərdə 3 dəfə hamilə olduğu elan edilsə də, övladlarını hələ ana bətnində ikən itirdi. Oğul varisi istəyən VIII Henri isə getdikcə ondan uzaqlaşdı və 1536-cı ilin martında Ceyn Seymurla eşq yaşamağa başladı.

1536-cı ilin aprelində Anna Boleyn vətənə xəyanətlə təqsirləndirildi və 2 mayda həbs edilərək London qəsrinə göndərildi. 15 may günü keçirilən məhkəmə işinin ardından krala xəyanət, qardaşı Corcla insest münasibət və krala sui-qəsddə təqsirli görüldü və 4 gün sonra edam olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anna Boleyn haqqında məlumat. Anna Boleyn nədir? Anna Boleyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Əsas səmtlər

  • Fevral 23, 2026

    24 sentyabr

  • Fevral 11, 2026

    Polşa

  • Fevral 23, 2026

    VIII əsr

  • Fevral 23, 2026

    Gen

Trend Mahnılar
  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst