Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andrey Nikolayeviç Şevçenko (ukr. Андрі́й Микола́йович Шевче́нко; 29 sentyabr 1976) — Ukraynalı keçmiş futbolçu və məşqçi. Hal hazrıda Ukrayna Milli Olimpiya Ko

Andrey Şevçenko

  • Ana Səhifə
  • Vikipediya
  • Andrey Şevçenko

Andrey Nikolayeviç Şevçenko (ukr. Андрі́й Микола́йович Шевче́нко; 29 sentyabr 1976) — Ukraynalı keçmiş futbolçu və məşqçi. Hal hazrıda Ukrayna Milli Olimpiya Komitəsiin vitse-prezidentidir.

Andrey Şevçenko
ukr. Андрій Шевченко
Ümumi məlumatlar
Tam adı Andrey Nikolayeviç Şevçenko
Ləqəbi Şeva, Çar
Doğum tarixi 29 sentyabr 1976(1976-09-29) (49 yaş)
Vətəndaşlığı
  •  Ukrayna
Boyu 183 sm
Çəkisi 72 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1986–1993 SSRİUkrayna Dinamo Kiyev
Klub karyerası
1993–1999 Ukrayna Dinamo Kiyev 117 (60)
1999–2006 İtaliya Milan 208 (127)
2006–2009 İngiltərə Çelsi 48 (9)
2008–2009 → İtaliya Milan 18 (0)
2009–2012 Ukrayna Dinamo Kiyev 55 (23)
1993–2012 Cəmi 446 (219)
Milli yığma
1994–1995 Ukrayna Ukrayna (19 yaşlılar) 8 (5)
1994–1995 Ukrayna Ukrayna (21 yaşlılar) 7 (6)
1995–2012 Ukrayna Ukrayna 111 (48)
Məşqçisi olduğu klublar
2016—h.h.Ukrayna Ukrayna
Təltif və medalları
Ukrayna Qəhrəmanı — 2004
1-ci dərəcəli "Xidmətlərinə görə" ordeni 2-ci dərəcəli "Xidmətlərə görə" ordeni 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni 3-cü dərəcəli "Cəsarət" ordeni 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni
Qızıl top — 2004 "Ukraynanın milli əfsanəsi" mükafatı

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 28 may 2012 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 20 iyun 2012 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukrayna milli futbol komandasının heyətində vurduğu 48 qol ilə, milli komandanın tarixində ən yaxşı bombardirdir.

Futbolçu karyerası ərzində "Dinamo Kiyev" , "Milan" və "Çelsi" klublarının şərəfini qoruyub.

Şevçenkonun karyerasında bir çox mükafatlar olub, onlardan ən nüfuzlusu 2004-cü ildə qazandığı "Qızıl top" mükafatıdır.

2003-cü ildə "Milan"la UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin Ukrayna, İtaliya və İngiltərədə müxtəlif liqa və kubokların qalibi olub. O, həmçinin 2005 və 2008-ci illərdə Çempionlar Liqasının ikincisi olub. 2004-cü ildə FİFA-nın 100 illik yubiley tədbiri çərçivəsində yaşayan ən yaxşı 100 futbolçudan biri seçilib.

Həyatı

Andrey Şevçenko 1994–1999-cu illərdə Kiyevin "Dinamo" komandasında oynayıb. Şevçenko futbola 1986-cı ildə məhz "Dinamo"da başlayıb. 1994-cü ilə qədər Kiyev klubunun aşağı yaş qrupları üzrə komandalarının şərəfini qoruyan futbolçu həmin ildən 1999-cu ilə qədər əsas komandada çıxış edərək, 117 oyunda 60 qola imza atıb. Bundan sonra futbolçu karyerasını İtaliyanın "Milan" klubunda davam etdirib. 2006-cı ilə qədər İtaliyada 208 oyun keçirib və 127 dəfə rəqib qapıçıları transfer edib. Andrey Şevçenko Avropanın ən yaxşı futbolçusu seçilib və "Qızıl top" mükafatına layiq görülüb. 2006-cı ildə "Milan"ı tərk edib və 2009-cu ilə qədər "Çelsi"nin şərəfini qoruyub, amma bu müddət ərzində fasilələrlə icarə əsasında yenidən "Milan"da oynadığı dövrlər də olub. 2006/09-cu illərdə "Çelsi"də çıxış etdikdən sonra (48 oyun, 9 qol) yenidən "Milan"a qayıdıb. Bu dəfə London klubu onu italyanlara icarəyə verib. 2008/09 mövsümündə Milan klubunun 18 oyunda formasını geyinib. 2009-cu ilin avqustunda 10 illik fasilədən sonra yenidən Kiyevin "Dinamo" komandasına qayıdıb.

Titulları

Şevçenko karyerası ərzində 5 dəfə Ukrayna (1995, 1996, 1997, 1998, 1999), 1 dəfə İtaliya (2004) çempionu olub, 2 dəfə Ukrayna (1996, 1998), 1 dəfə İtaliya (2003) və İngiltərə (2007) kubokunu, 1 dəfə İtaliya Superkubokunu (2004), 1 dəfə İngiltərə Liqa kubokunu (2007), 1 dəfə isə İngiltərə Superkubokunu (2009) başı üzərinə qaldırıb. 2003-cü ildə Çempionlar Liqasını qazanıb və Avropa Superkubokunun qalibi olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andrey Şevçenko haqqında məlumat. Andrey Şevçenko nədir? Andrey Şevçenko nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rafael Nadal

  • Fevral 27, 2026

    Əliqulu Fərəcov

  • Fevral 27, 2026

    Qorgias

  • Fevral 27, 2026

    Bənövşəyi

  • Fevral 27, 2026

    Serera

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst