Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andrey Avanes oğlu Babayev (27 dekabr 1923, Ağbulaq, DQMV – 21 oktyabr 1964, Moskva) — Azərbaycan bəstəkarı, Ermənistan SSR əməkdar incəsənət xadimi (1958).

Andrey Babayev

  • Ana Səhifə
  • Vikipediya
  • Andrey Babayev

Andrey Avanes oğlu Babayev (27 dekabr 1923, Ağbulaq, DQMV – 21 oktyabr 1964, Moskva) — Azərbaycan bəstəkarı, Ermənistan SSR əməkdar incəsənət xadimi (1958).

Andrey Babayev
erm. Անդրեյ Հովհաննեսի Բաբաև
Ümumi məlumatlar
Doğum tarixi 27 dekabr 1923(1923-12-27)
Doğum yeri
  • Ağbulaq, DQMV, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 21 oktyabr 1964(1964-10-21) (40 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Moskva erməni qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janr opera
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Ermənistan SSR əməkdar incəsənət xadimi — 1958

Andrey Babayevin yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanır. "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnılar yazmışdır. O, tacik, türkmən, hind və başqa xalq melodiyaları da işləmişdir.

Mündəricat

Həyatı

Andrey Babayev 1923-cü il dekabrın 27-də Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Ağbulaq kəndində erməni ailəsində anadan olmuşdur. İbtidai musiqi təhsilini Şuşada almışdır. Böyük Vətən Müharibəsi illərində mahnı və rəqs ansamblının rəhbəri olmuşdur. “Qafqazın müdafiəsinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmişdir.

1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. 1953-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirib (rəhbəri Yuri Şaporin).

1939-1941-ci illərdə Azərbaycan Radiosunun Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijor köməkçisi işləyib. 1941-1945-ci illərdə Bakı qarnizonunun mahnı və rəqs ansamblının bədii rəhbəri, 1946-1947-ci illərdə Bakı Filarmoniyasının ansamblının rəhbəri , 1947-1950-ci illərdə həmin filarmoniyanın mahnı və rəqs ansamblının xormeysteri olub. 1950-ci ildən Moskvada yaşayıb işləyirdi.

Andrey Babayevin qəbri

1964-cü il oktyabrın 21-də vəfat etmişdir. Moskvadakı Erməni qəbiristanlığında dəfn edilib.

Yaradıcılığı

Yaradıcılıq fəaliyyətinə 1943-cü ildə başlayıb. 1961-ci ildə "Artsvaberd" operasını (librettosu Z. Q. Vartanyan və G. M. Boryanın), 1964-cü ildə isə "Bağdasar dayı" operasını (A. Paronyanın eyniadlı pyesi əsasında, librettosu Z. G. Vartanyan və G. M. Boryanın) yazıb. O, "Oktyabr" (sözləri A. Pançenkonun, 1947), “Partiya haqqında nəğmə” (sözləri S.Qorodetskinin, 1954), "Qartal qalası" (1957), "Bağdasar dayı" (1964), uşaqlar üçün iki kantatanın – sözləri Z. Cabbarzadənin (1946) və sözləri İ. Soltanın (1947) - eləcə də "Şöhrət zəhmətkeş torpağa" kantatalarının (sözləri A. Fatyanovun) müəllifidir. O, bir neçə simfoniya və rapsodiya, o cümlədən "Konsertdə rapsodiya" (1959), "Hind fantaziyası" (1958), "Fantaziya" (1951), həmçinin Azərbaycan xalq çalğı alətləri orkestri üçün "Ballada" (1947) və "Çahargah" (1947) süitalarının, "Gənclik" uvertürası (1948) və başqa əsərlərin müəllifidir. O, tamaşalara və filmlərə musiqi yazıb, "Mən bir qızla tanış oldum", "Nazəndə sevgilim", "Bakılı qız" və "Küsüb getdin, yarım mənim" kimi əllidən çox mahnının bəstəkarıdır.

Mahnıları

  • "Nazəndə sevgilim"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, andrey babayev sözünün mənası, andrey babayev haqqında məlumat. andrey babayev nədir? andrey babayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Linzalar

  • Fevral 23, 2026

    Han sülaləsi

  • Mart 02, 2026

    Etibar Vəliyev

  • Mart 06, 2026

    Qasımlı (Sarvan)

  • Fevral 27, 2026

    Yevlax

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst