Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu (port. Aluísio Tancredo Belo Gonçalves de Azevedo; 14 aprel 1857[…], San-Luis[d] – 21 yanvar 1913[…], Buenos-Ayres) — Braziliya yazıçısı, karikaturaçısı, diplomatı, dramaturqy və hekayə yazıçısı. O, Artur Azevedunun qardaşıdır. Azevedunun "Mulat", "Xarabalıq", "Pansion", "Kişi" romanları XIX əsrin sonlarında Braziliyadakı sosial həyatın geniş panoramasını təşkil edir.
| Aluiziu Azevedu | |
|---|---|
| |
| Doğum adı | Aluísio Tancredo Belo Gonçalves de Azevedo |
| Doğum tarixi | 14 aprel 1857[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 21 yanvar 1913[…] (55 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Fəaliyyəti | yazıçı, diplomat, jurnalist, romançı, hekayə yazıçısı[d], salnaməçi, karikaturçu, boyakar[d], rəssam, dramaturq |
| İstiqamət | realizm, Naturalizm (fəlsəfə) |
Həyatı
Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu 14 avqust 1857-ci ildə Braziliyanın San-Luis şəhərində anadan olmuşdur. Gəncliyində səyyar satıcı işləmiş Azevedu uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərirdi. O, 1876-cı ildə universitetdə rəssamlıq təhsili almaq üçün Rio-de-Janeyroya getmiş və oranı bitirdikdən sonra "O Figaro", "O Mequetrefe", "Zig-Zag" və "A Semana Ilustrada" kimi bir sıra qəzet və jurnallarda karikaturaçı kimi çalışmışdır. Azevedu 1887-ci ildə atasının ölümündən sonra ailəsinin qayğısına qalmaq üçün San-Luis şəhərinə qayıtmağa məcbur qalmışdır. Təxminən eyni vaxtda o, 1880-ci ildə ilk romanı "Uma Lágrima de Mulher"i nəşr etdirərək yazıçılıq karyerasına başlamışdır. Əslində romantik olan Azevedu sonralar naturalizm hərəkatına qoşulmuşdur. O, 1881-ci ildə "O Mulato" romanını nəşr etdirərək Braziliyada naturalizm hərəkatının nümayəndəsi kimi çıxış etmişdir. O, iki il ərzində kifayət qədər pul yığaraq Rioya qayıtmış və 1882–1895-ci illərdə fəal şəkildə əsər ərsəyə gətirmişdir. O, romanlarında antiklerikal və abolitionist fikirlərlə çıxış etmişdir. Azevedu 1895-ci ildə diplomatik xidmətə girərək İspaniya, Yaponiya, Birləşmiş Krallıq, İtaliya və Argentinada işləmişdir. O, 21 yanvar 1913-cü ildə Argentinanın Buenos-Ayres şəhərində vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aluiziu Azevedu haqqında məlumat. Aluiziu Azevedu nədir? Aluiziu Azevedu nə deməkdir?
