Altılıq (ing. P5+1, E3+3, həmçinin 5+1 qrupu və avroüçlük+3 adları ilə tanınır) — fəaliyyətini İranın nüvə proqramının hərbi məqsədlərlə istifadəsinin qarşısını almağa yönəltmiş 6 böyük dövlətin forumu. Bu qrupa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya, həmçinin İranın ən böyük iqtisadi tərəfdaşı olan Almaniya daxildir.

Tarixi
2006-cı ilin iyununda Çin, Rusiya və ABŞ İranla onun nüvə proqramının məhdudlaşdırılması istiqamətində 2003-cü ildən danışıqlar aparan Avroüçlük ölkələrinə qoşuldular.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və "altılıq" ölkələri ilə İran arasında aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurası 2006-2010-cu illərdə BMT Nizamnaməsinə əsaslanan və İrana qarşı sanksiyaların yeridilməsini nəzərdə tutan 6 qətnamə qəbul etdi. BMT TŞ İrandan uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini dayandırmasını və ağır su reaktorunun tikintisini dayandırmasını tələb etsə də, bu tələblər yerinə yetirilmədi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Altılıq haqqında məlumat. Altılıq nədir? Altılıq nə deməkdir?