Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəlilov Alqayıt Bayram oğlu (28 noyabr 1939, Daşkənd, Basarkeçər rayonu – 12 yanvar 2013, Xırdalan) — Azərbaycanlı aşıq, el şairi.

Alqayıt

  • Ana Səhifə
  • Vikipediya
  • Alqayıt

Xəlilov Alqayıt Bayram oğlu (28 noyabr 1939, Daşkənd, Basarkeçər rayonu – 12 yanvar 2013, Xırdalan) — Azərbaycanlı aşıq, el şairi.

Alqayıt
Alqayıt Bayram oğlu Xəlilov
Doğum tarixi 28 noyabr 1939(1939-11-28)
Doğum yeri
  • Daşkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 12 yanvar 2013(2013-01-12) (73 yaşında)
Vəfat yeri
  • Xırdalan, Abşeron rayonu, Azərbaycan
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Atası Aşıq Bayram Xəlilov
Anası Seyid Maral Xəlilova
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d],
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti şair
Fəaliyyət illəri 1967–2013
Əsərlərinin dili Azərbaycan dili
Janrlar qoşma, gəraylı

Mündəricat

Həyatı

Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir.

Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.

Yaradıcılığı

Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" (1998) kitabında Alqayıtın həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.209–213).

Alqayıtın həyatı və yaradıcılığı haqqında 2007-ci ildə Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.116–124).

Əsərləri

  • Qalx ayağa Azərbaycan (2000).
  • Yaralı qartal. Bakı: "Hərbi nəşriyyat", 2006.
  • Seyid Bayram ocağı (2007).
  • Analı dünyam. Bakı: "Hərbi nəşriyyat", 2011.
  • Gəlməliydi, gəldi də! Bakı: Zərdabi Nəşr, 2024.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alqayıt haqqında məlumat. Alqayıt nədir? Alqayıt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İçəri Şəhər

  • Fevral 27, 2026

    Tirə (İzmir)

  • Fevral 27, 2026

    Ağır metallar

  • Fevral 27, 2026

    Aegilops umbellulata

  • Fevral 27, 2026

    Bujumbura

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst