Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şair Alməmməd (1800, Ağkilsə, İrəvan xanlığı – 1868, Ağkilsə, Yeni Bəyazid qəzası) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası.

Alməmməd kişi

  • Ana Səhifə
  • Vikipediya
  • Alməmməd kişi

Şair Alməmməd (1800, Ağkilsə, İrəvan xanlığı – 1868, Ağkilsə, Yeni Bəyazid qəzası) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası.

Alməmməd
Talıbxanov Alməmməd Allahverdi oğlu
Doğum adı Alməmməd Allahverdi oğlu
Doğum tarixi 1800(1800)
Doğum yeri
  • Ağkilsə, İrəvan xanlığı, Qacar dövləti
Vəfat tarixi 1868(1868) (67–68 yaşında)
Vəfat yeri
  • Ağkilsə, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Dəfn yeri
  • Ağkilsə
Milliyyəti azərbaycan türkü
Uşaqları 6 (Aşıq Ələsgər, Çoban Məhəmməd daxil olmaqla)
Atası Allahverdi Talıbxan oğlu
Vikimənbənin loqosu Şair Alməmməd Vikimənbədə

Mündəricat

Həyatı

Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış.

Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür.

Yaradıcılığı

Alməmmədin qoşduğu, çox incə mətləblərə toxunan düşündürücü şeirləri olmuşdur. "Görmədim" divanisini M. P. Vaqif üslubunda söyləmişdir:

Dünya, sənin gərdişinlə başa vuran görmədim, Qəhr oldu aləm, qəhr işindən, can qurtaran görmədim. Bilmirəm ki səbəb nədi, şadı qəmgin eylədin?
Abadanı viran qoydun, artdı haran görmədim.

Kəsilməz mürdə karvanı, qəflə işlər, köçər gedər, Nə İmranlar nakam qoydun, didəsindən yaş gedər. Yetmiş iki millət var, əli səndən boş gedər!
Yanısınca malı-dövlət, pul aparan görmədim.

Alməmmədəm, bu dünyada bir nişanam qalmadı, Getdi əldən qohum-qardaş, atam, anam qalmadı. Süleyman tutdu dünyanı, dedi: mənəm, qalmadı. Bir kəs ilə heç düz ola sənin aran görmədim.

El şairi Alməmmədin "Görmədim"lə yanaşı, "İnsan", "Şirinşirin" rədifli daha iki qoşması da oxuculara tanışdır

Şəcərəsi

  • Heydər
    • Əbdüləzim
      • Təhməz
        • Talıbxan
          • Allahverdi
            • Alməmməd

Ailəsi

Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış.

Həmçinin bax

Vikimənbədə Müəllif:Şair Alməmməd ilə əlaqəli mətnlər var.
  • Göyçə
  • Aşıq Ələsgər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alməmməd kişi haqqında məlumat. Alməmməd kişi nədir? Alməmməd kişi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Molekul

  • Fevral 27, 2026

    Dərnəgül deposu

  • Fevral 27, 2026

    Tremarctinae

  • Fevral 27, 2026

    Menaxem Begin

  • Fevral 27, 2026

    Pazşəkilli yemişan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst